O

OBA marketlər şəbəkəsi

Son tarix: 1 Noyabr 2026

Qastronom Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Logistika və TəchizatBakıTam Ştat1 Oktyabr 202637

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Qastronom kateqoriyasındakı (əsasən sosiska, bişmiş kolbasa, hisə verilmiş kolbasa, yarımhisə verilmiş kolbasa, vetçina və digər ət məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların ət xammalının növlərini, yağ və zülal nisbətini, ət emulsiyasının hazırlanmasını, funksional və texnoloji əlavələri, ədviyyatları və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, konsistensiya, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Ət xammalı, yağ, ədviyyatlar, funksional əlavələr və digər xammal növlərini, onların keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın və ya resepturanın dəyişdirilməsi nəticəsində yarana biləcək gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Qastronom kateqoriyası üzrə, əsasən sosiska və kolbasa məhsulları üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Ət və digər xammal, qablaşdırma, istehsal, logistika və soyuq zəncir xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Ət və ət məhsullarının texnologiyası)
  • Təcrübə:  Ət və ət məhsulları, qastronom və ya FMCG sahəsində birbaşa istehsalatda/ət emalı zavodunda texnoloq, istehsalat və ya keyfiyyət üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm ət və ət məhsullarının istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Ət xammalı üzrə bilik: Ət xammalının növləri, yağ və zülal göstəriciləri, ət emulsiyasının hazırlanması, qiymə kütləsinin texnoloji emalı, istilik emalı, soyutma və qablaşdırma prosesləri haqqında praktiki biliklərə malik olmaq.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Ət məhsullarında mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri, soyuq zəncir və məhsulun fiziki-kimyəvi və orqanoleptik göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici ət məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar