A

Abşeron Logistika Mərkəzi

Son tarix: 1 Oktyabr 2026

Qrafik dizayner

Dizayn və YaradıcılıqAbşeronTam Ştat1 Sentyabr 202664

Müsahibə əsasında

Vakansiya haqqında

“Abşeron Logistika” MMC “Qrafik dizayner” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzin sosial media hesabları üçün missiya və dəyərlərinə uyğun kreativ və peşəkar dizaynların hazırlanması;
  • ·        Məhsul təqdimatları, reklam kampaniyaları və marketinq layihələri üzrə müxtəlif dizayn materiallarının hazırlanması;
  • Poster, banner, kataloq, buklet və digər çap və rəqəmsal materialların hazırlanması və dizayn edilməsi;
  • Reklam və mətbəə məhsularının dizaynı və çapa göndərilməsi;
  • Mövcud dizaynların optimallaşdırılması, təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə tətbiq edilməsi;
  • Müasir dizayn trendlərinin davamlı olaraq izlənilməsi və aktual trendlərin iş prosesində effektiv şəkildə tətbiq edilməsi;

Namizədə qarşı tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil üstünlükdür;
  • Şəxsi portfolionun olmağı mütləqdir;
  • Dil bilikləri:Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı, əlavə dil biliyi üstünlükdür;
  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
  • “Adobe Photoshop, Illustrator, Corel Draw proqramları üzrə biliklər; digər dizayn proqram bilikləri üstünlükdür;
  • Sosial media platformaları üzrə peşəkar dizayn hazırlamaq bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək;

Peşəkar tələblər:

  • Detallara diqqətli və məsuliyyətliolmaq;
  • Yaradıcılıq, kreativlik və operativlik;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşa bilmək.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını və portfolionu Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qrafik dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Oxşar vakansiyalar