M

Make Agency

Son tarix: 3 Oktyabr 2026

Qrafik dizayner

Dizayn və YaradıcılıqBakıTam Ştat3 Sentyabr 202630

1000

Vakansiya haqqında

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Qrafik dizayner axtarır. Bir gündə brendbuk, ertəsi gün reklam kampaniyası — burada eyni işi təkrarlamırsan.

Vəzifə öhdəlikləri:

  • Sosial media, reklam kampaniyaları və saytlar üçün qrafik materialların hazırlanması
  • Brend identikası ilə iş: loqotip, rəng palitrası, brendbuk
  • Çap materialları: katalog, buklet, bilbord, POS materiallar
  • Banner və reklam kreativlərinin hazırlanması, formatlar üzrə uyğunlaşdırılması
  • SMM və kopiraytinq komandası ilə birgə kontent hazırlanması
  • Hazır materialların brend üslubuna uyğunluğuna nəzarət

Tələblər:

  • Qrafik dizayn üzrə ən azı 2 il təcrübə
  • Adobe Photoshop və Illustrator üzrə peşəkar bilik
  • Tipoqrafika, kompozisiya və rəng üzrə möhkəm biliklər
  • Çap üçün fayl hazırlamaq bacarığı (CMYK, bleed, pre-press)
  • Portfolio — real layihələrdən nümunələr (mütləqdir)

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • Adobe After Effects və ya Premiere Pro ilə motion dizayn
  • InDesign, CorelDRAW
  • Figma ilə işləmə bacarığı
  • Süni intellekt alətləri ilə iş təcrübəsi

Biz sənə nə təklif edirik:

  • Sabit əmək haqqı: 1 000 – 1 500 AZN (təcrübəyə və portfolioya görə)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Müxtəlif sənaye sahələrindən tanınmış brendlərin layihələri
  • Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda
  • İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
  • Qısa zamanda zəngin portfel formalaşdırmaq imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar