M

Make Agency

Son tarix: 3 Oktyabr 2026

Veb Dizayner (Figma)

Dizayn və YaradıcılıqBakıTam Ştat3 Sentyabr 202628

1000

Vakansiya haqqında

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Veb dizayner axtarır. Sən saytların görünüşünü sıfırdan qurursan — konsepsiyadan tam hazır makete qədər.

Vəzifə öhdəlikləri:

  • Korporativ saytlar, kataloq və e-commerce layihələri üçün veb dizaynın hazırlanması
  • Figma-da adaptiv maketlər: masaüstü, planşet, mobil
  • Komponentlər, qrid və dizayn sisteminin qurulması ki, layihə böyüyəndə dizayn dağılmasın
  • Landing səhifələrin və reklam kampaniyaları üçün səhifələrin dizaynı
  • Proqramçılarla sıx əməkdaşlıq: maketin dəqiq həyata keçirilməsinə nəzarət
  • Müştəri ilə dizayn həllərinin müzakirəsi və müdafiəsi

Tələblər:

  • Veb dizayn üzrə ən azı 2 il təcrübə
  • Figma-da sərbəst işləmə: komponent, auto layout, prototip
  • Tipoqrafika, qrid və rəng üzrə möhkəm biliklər
  • Responsiv dizayn prinsiplərini bilmək
  • Portfolio — hazırlanmış saytların nümunələri (mütləqdir)

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • UX araşdırması və istifadəçi testləri təcrübəsi
  • Motion və mikro-animasiya (After Effects, Rive, Figma prototip)
  • HTML/CSS üzrə ilkin biliklər
  • Süni intellekt alətləri ilə iş təcrübəsi

Biz sənə nə təklif edirik:

  • Sabit əmək haqqı: 1 000 – 1 500 AZN (təcrübəyə və portfolioya görə)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Tanınmış brendlərin layihələri — hər ay yeni sənaye sahəsi
  • Dizayn qərarlarında söz sahibi olmaq: burada maketi sadəcə çəkmirsən, müdafiə edirsən
  • İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
  • Portfelini sürətlə böyütmək imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar