V

VVESA MMC

Son tarix: 30 Oktyabr 2026

Rəhbər köməkçisi

İnzibati İşlərBakıTam Ştat30 Sentyabr 2026106

600 ₼

Vakansiya haqqında

 

  1. Şirkət: VVESA MMC
  2. İş yeri: Bakı şəhəri, Lətif Sultanov küçəsi
  3. İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00–17:00
  4. İş rejimi: Tam iş günü
  5. İş formatı: Ofisdən
  6. Əmək haqqı: 600 AZN nett / namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən edilir
  7. Nahar: Şirkət tərəfindən təmin edilir
  8. Tabeçilik: Birbaşa rəhbərə

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəhbər köməkçisi” qeyd etməklə mail ünvanına təqdim edə bilərlər.

 

Əlaqə: [email protected]

Tələblər:

 

  1. Ali təhsil;
  2. Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  3. MS Office proqramlarında, xüsusilə Word, Excel və Outlook-da işləmək bacarığı;
  4. Məsuliyyətli, diqqətli, operativ və punktual olmaq;
  5. Məxfi məlumatlarla işləmə qaydalarına riayət etmək;
  6. Kommunikasiya və koordinasiya bacarıqlarına malik olmaq;

Vəzifə öhdəlikləri:

 

  1. Rəhbərin gündəlik iş axınının və tapşırıqlarının koordinasiyasını həyata keçirmək;
  2. Rəhbərlə keçirilən görüşlərdə iştirak etmək və görüşlərin gedişatı ilə bağlı qeydlər aparmaq;
  3. Görüşlər zamanı əldə olunan məlumatları sistemləşdirmək və müvafiq fəaliyyət planı hazırlamaq;
  4. Hazırlanmış fəaliyyət planı, görüləcək işlər və əsas məqamlar barədə rəhbəri vaxtında məlumatlandırmaq;
  5. Rəhbərin elektron poçt yazışmalarını gündəlik izləmək, daxil olan müraciət və məktubları prioritetləşdirmək;
  6. Zəruri hallarda rəhbərlə razılaşdırılmış şəkildə elektron məktubları və digər yazışmaları cavablandırmaq;
  7. Görüşlərin, tapşırıqların və son icra tarixlərinin izlənilməsini təmin etmək;
  8. Rəhbərin iş prosesinin effektiv və operativ şəkildə təşkilinə inzibati dəstək göstərmək;
  9. Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək.

Oxşar vakansiyalar