R
Retail Group Azerbaijan
Təhlükəsizlik sisteminin nəzarətçisi
Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri: Nargiz Mall, Crescent Mall, Gənclik Mall
İş vaxtı: 5 günlük (həftədə 40 saat),
Namizədə dair tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Orta ixtisas və ya ali təhsil;
- Təhlükəsizlik və müşahidə sistemləri ilə işləmə bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Şübhəli hallar və insidentləri vaxtında aşkar etmək və məlumatlandırmaq bacarığı;
- Məxfi məlumatların qorunması və informasiya təhlükəsizliyi qaydalarına riayət etmək;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Üstünlük verilir:
- Pərakəndə satış (Retail) sahəsində iş təcrübəsi;
- Təhlükəsizlik və itkilərin qarşısının alınması (Loss Prevention) sahəsində təcrübə;
- Təhlükəsizlik kameraları və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;
- Hadisələrin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə;
- İngilis dili biliyi.
Vəzifə funksiyaları:
- Təhlükəsizlik kameralarını fasiləsiz izləmək, şübhəli fəaliyyətləri və qeyri-adi halları müəyyən etmək və dərhal rəhbərliyə məlumat vermək;
- Mağazada aşkar olunan qayda pozuntuları, insidentlər və digər uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Sensormatic sistemlərinin və təhlükəsizlik qapılarının gündəlik yoxlanılmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
- Mağaza və anbar ərazilərində məhsullar üzərində təhlükəsizlik etiketlərinin düzgün yerləşdirilməsinə dair təsadüfi yoxlamalar aparmaq;
- Əməkdaşların şəxsi dolabları, şəxsi alış-verişləri, kassa əməliyyatları və digər aidiyyəti sahələr üzrə təsadüfi yoxlamalar həyata keçirmək;
- Təhlükəsizlik kameraları sisteminin gündəlik texniki vəziyyətini yoxlamaq;
- Sistem və avadanlıqlarda yaranan nasazlıqlar barədə dərhal İT şöbəsinə və rəhbərliyə məlumat vermək;
- Geri qaytarma, dəyişdirmə, məhsul sətrinin ləğvi və çekin ləğvi əməliyyatlarını gündəlik olaraq müşahidə kameraları vasitəsilə monitorinq və yoxlamaq;
- Mağazanın açılışı, tullantıların çıxarılması, əməkdaşların yoxlanılması və malların qəbul edilməsi kimi mühüm əməliyyatlara nəzarət etmək;
- Sözügedən proseslərin şirkətin daxili qayda və standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
- Təhlükəsizlik kameralarının görüntülərini, müşahidə qeydlərini, jurnalları və insident hesabatlarını düzgün şəkildə qeydiyyata almaq və saxlamaq;
- Zəruri hallarda insidentlərlə bağlı sübutların toplanmasında iştirak etmək;
- Tələb olunduğu hallarda aidiyyəti məlumatların və sübutların hüquq-mühafizə orqanlarına təqdim edilməsində iştirak etmək;
- Təhlükəsizlik kameralarından əldə olunan məlumatların və digər məxfi informasiyanın qorunmasını təmin etmək;
- Şirkətin daxili qaydalarına, prosedurlarına, etik davranış kodeksinə və təhlükəsizlik standartlarına riayət etmək;
- Əməkdaşlarla münasibətlərdə peşəkar davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət etmək;
- İşə davamiyyət və punktuallıq qaydalarına riayət etmək;
- Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarına riayət etmək;
- Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
CV-lərinizi mövzu hissəsinə “Təhlükəsizlik sisteminin nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar
B
Bugün
Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)
Baku Steel Company CJSC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Executive Assistant / Personal Assistant to Director - Direktorun İcraçı / Şəxsi Köməkçisi
ENCOTEC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Rəhbər köməkçisi
VVESA MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
K
Bugün
Ofis Menecer
KaryeraKadr • Bakı
Təcrübə
650 ₼Müraciət et
V
Bugün
Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)
Veysəloğlu-Rossmann • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Bugün
Müdir köməkçisi
Dörd Qardaş MTK • Bakı
Tam Ştat
1000 ₼Müraciət et