X
Xalq Sığorta
Rəqəmsal Transformasiya üzrə Baş Layihə Meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə dair tələblər:
- IT, tətbiqi riyaziyyat, mühəndislik, iqtisadiyyat və ya idarəetmə istiqaməti üzrə ali təhsil;
- Azərbaycan dilində sərbəst sənədləşdirmə, ingilis dilində texniki sənədlərlə işləmək və təchizatçılarla yazışma aparmaq səviyyəsində bilik;
- Layihə idarəetməsi üzrə ən azı 7 il iş təcrübəsi, bunun minimum 4 ili maliyyə sektorunda (bank, sığorta, lizinq, ödəniş təşkilatları və ya kapital bazarı iştirakçıları);
- Ən azı iki layihəni başlanğıcdan istismara verilməsinədək müstəqil aparmış olmaq. 3 və daha çox bölməni əhatə edən, 9 aydan uzun sürən layihələr nəzərdə tutulur;
- Maliyyə sektorunun əsas sistemlərindən birinin tətbiqində və ya iri yenilənməsində əsas rolda iştirak (core banking, sığorta sistemləri, ERP, CRM, ödəniş platformaları, hesabatlılıq sistemləri;
- Tətbiqin nəticəsini rəqəmlə göstərə bilmək: layihədən sonra hansı əməliyyatın müddətinin, xərcinin və ya əl əməyi həcminin nə qədər dəyişdiyini ölçmüş və rəhbərliyə təqdim etmiş olmaq;
- Eyni vaxtda bir neçə layihəni fərqli komandalar və fərqli prioritetlərlə aparmaq bacarığı;
- Təchizatçılarla iş təcrübəsi: texniki tələblərin hazırlanması, daxil olan təkliflərin müqayisəsi, müqavilə danışıqlarında texniki tərəfin təmsil olunması, öhdəliklərin icrasına nəzarət;
- Birbaşa tabeliyində olmayan bölmələrdən nəticə ala bilmək, prioritet toqquşmalarını və bölmələrin müqavimətini idarə etmək təcrübəsi;
- Yeni sistemə keçid prosesini istifadəçi tərəfində aparmaq bacarığı: təlimlərin təşkili, prosedurların yenilənməsi, tətbiqdən sonra real istifadə səviyyəsinin izlənməsi;
- Texniki komanda ilə eyni dildə danışa bilmək: inteqrasiyalar, API-lar, verilənlər bazaları və proqram təminatının hazırlanması dövrü barədə işçi səviyyədə anlayış;
- Tənzimlənən mühitdə iş təcrübəsi: tənzimləyici tələblərin, informasiya təhlükəsizliyi şərtlərinin və daxili audit qeydlərinin layihənin ilkin mərhələsində nəzərə alınması;
- Layihə idarəetməsini sıfırdan qurmuş və ya mövcud metodologiyanı şirkət miqyasında tətbiq etmiş olmaq: sənəd şablonları, hesabat formatları, mərhələlərarası keçid meyarları;
- Digər layihə menecerlərinə metodiki dəstək verməyə və zamanla komanda formalaşdırmağa hazır olmaq;
Vəzifə öhdəlikləri:
- Layihələrin İdarə Edilməsi: Rəqəmsal transformasiya və IT layihələrinin təşəbbüsdən yekun tətbiqə qədər (end-to-end) tam həyat dövrünü idarə etmək.
- Strateji Planlaşdırma və Nəzarət: Layihələrin əvvəlcədən razılaşdırılmış vaxt, büdcə və keyfiyyət çərçivəsində tamamlanmasını təmin etmək.
- Biznes və IT Əməkdaşlığı: Biznes bölmələrinin ehtiyaclarını təhlil edərək onları texniki tələblərə çevirmək və IT komandaları ilə sıx, effektiv əməkdaşlıq qurmaq.
- Ölçüləbilən Nəticələr: Layihələrin uğurunu və biznesə gətirdiyi dəyəri izləmək üçün KPI-lar müəyyən etmək və ölçülə bilən biznes nəticələri əldə olunmasına nail olmaq.
- Risk və Resurs İdarəetməsi: Layihə risklərini əvvəlcədən proqnozlaşdırmaq, azaldılma strategiyaları hazırlamaq və resursların optimal paylanmasını təmin etmək.
- Hesabatlılıq: Layihənin gedişatı, büdcə icrası və əldə olunan nəticələr barədə birbaşa IT Rəhbərinə müntəzəm olaraq hesabatlar təqdim etmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Rəqəmsal Transformasiya üzrə Baş Layihə Meneceri) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
H
Təhlükəsizlik işçisi
Holiday Inn Baku
BakıTam Ştat
Müsahibə əsasındaBugün
B
Administrator
Beauttech
BakıTam Ştat
700 ₼Bugün
A
Nəzarətçi - Xırdalan
Azza Gastronom
BakıTam Ştat
550 ₼Bugün
F
Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi
Fairmont Baku
BakıTam Ştat
Müsahibə əsasındaBugün
G
Ofis Meneceri
Grinco
BakıTam Ştat
600 ₼Bugün
A
Direktor
AgroTrade Supply
BakıTam Ştat
Müsahibə əsasındaBugün
