Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
- İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
- Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək;
- Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək;
- Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək;
- Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq;
- Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək;
- Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;
- Müştəri bazasını və CRM sistemini aktual saxlamaq;
- Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq;
- Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
- Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək.
Tələblər
- Orta ixtisas və ya ali təhsil;
- Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur;
- MS Office proqramları ilə işləmək bacarığı;
- CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.
İş şəraiti
- İş yeri: Atom İdman Zalı
- İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Zəhmət olmasa, email-in mövzu hissəsində “Resepşn (idman zalı)” qeyd edin.
Oxşar vakansiyalar
T
Dünən
Service Operator
Tegeta Motors Baku • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
P
Dünən
Customer Service Representative
Positive Call Center • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Dünən
Operator (Binəqədi)
Kontakt Home • Bakı
Tam Ştat
650 ₼Müraciət et
K
Dünən
Çağrı mərkəzi operatoru
Kontakt Home • Bakı
Tam Ştat
500 ₼Müraciət et
K
28 İyul 2026
Əlavə xidmətlər üzrə operator (Hövsan)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
28 İyul 2026
Ресепшн – Reception
TED Academy • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et