M

M Bulak BOKT MMC

Son tarix: 21 İyun 2026

Risklər üzrə menecer

Maliyyə və MühasibatlıqBakıTam Ştat22 May 2026349

2344

Vakansiya haqqında

Vəzifə tələbləri:

  • İqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində ali təhsil dərəcəsi;
  • Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • MS Excel bilikləri
  • Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti;

İşin təsviri:

  • Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi
  • Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
  • Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
  • Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
  • Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi
  • Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
  • Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
  • Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
  • Yeni xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
  • Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
  • Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək

Bilməlidir:

  • Risklərin idarə olunması prinsip və metodları;
  • Risk modelləri və stress-testlərin aparılması texnikaları;
  • Maliyyə və bank əməliyyatlarının riskləri;
  • Risk indikatorlarının yaradılması və idarə olunması;
  • Risklərin qiymətləndirilmə metodları;
  • Statistik və analitik təhlil metodları;
  • Müvafiq qanunvericilik aktları və normativ tələblər.

İş şəraiti:

  • İş saatı 09:00-18:00 dək
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı 2344 AZN (Gross)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Risklər üzrə menecer başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiyalar