B

Baku Pay

Son tarix: 2 İyul 2026

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat2 İyun 2026400

Müsahibə əsasında

Vakansiya haqqında

Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
  • Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
  • Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
  • Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
  • AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
  • Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
  • Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
  • Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi

Tələblər:

  • Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
  • Risklərin idarə olunması, bankçılıq və ya FinTek sahəsində minimum 3 il iş təcrübəsi
  • Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
  • SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür

İş şəraiti

  • Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
  • İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
  • İş yeri: Malibo Residence

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar