Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Baş planı, memarlıq-planlaşdırma həllərini, işçi çertyojları və digər layihə sənədlərini oxumaq və tikinti işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;
- Tikinti sahəsində memarlıq işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və işçi çertyojlarına uyğun yerinə yetirilməsini təmin etmək;
- Layihədə nəzərdə tutulmuş binaların, o cümlədən nasosxana, su anbarları və digər tikililərin memarlıq həllərinin icrasına nəzarət etmək;
- Yol, səki, bordyur, yaşıllıq, avtodayanacaq və digər abadlaşdırma elementlərinin layihəyə uyğun icrasını yoxlamaq;
- Fasad, dam, daxili hazırlıq və tamamlama işlərinin layihə həllərinə uyğunluğuna nəzarət etmək;
- Fasad, dam, daxili tamamlanma və digər memarlıq işlərində istifadə olunan material və texnologiyaların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti prosesində sahə şəraiti, texniki zərurət və ya material əvəzlənməsi ilə əlaqədar dəyişiklik tələb olunduqda, müvafiq memarlıq həllərinin operativ şəkildə hazırlanmasında iştirak etmək;
- Layihədə edilən dəyişiklikləri layihəçi təşkilat və aidiyyəti tərəflərlə razılaşdırmaq və onların düzgün icrasına nəzarət etmək;
- Memarlıq, konstruksiya və mühəndis şəbəkələri bölmələri arasında yarana biləcək uyğunsuzluqları və kolliziyaları müəyyən etmək, onların həlli üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq;
- Material nümunələrinin, rəng, faktura və digər memarlıq həllərinin sifarişçi ilə razılaşdırılması prosesində iştirak etmək;
- Tikinti işlərinin keyfiyyətinə və memarlıq həllərinin layihəyə uyğun icrasına nəzarət etmək;
- Subpodratçıların və sahə işçilərinin memarlıq işləri üzrə fəaliyyətini koordinasiya etmək və görülən işlərin icrasını nəzarətdə saxlamaq;
- Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarının, yanğın təhlükəsizliyi və əlçatanlıq tələblərinin layihə və tikinti işlərində nəzərə alınmasına nəzarət etmək;
- Sahədə yaranan memarlıq və texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün Tikinti Rəhbəri, layihəçi təşkilat və digər aidiyyəti tərəflərlə koordinasiyalı işləmək.
Hesabat və sənədləşmə
- Memarlıq işləri üzrə müəllif nəzarəti jurnallarında və müvafiq aktlarda qeydlərin aparılmasını təmin etmək;
- Gizli işlər aktlarının və icra sənədlərinin hazırlanması üçün texniki ofislə əməkdaşlıq etmək;
- Layihədə baş verən dəyişikliklər, aşkar edilmiş nöqsanlar və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və Tikinti Rəhbərinə təqdim etmək;
- Görülmüş işlərin layihə və texniki tələblərə uyğunluğu ilə bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak etmək;
- Zəruri hallarda sahə baxışlarında, texniki iclaslarda və sifarişçi ilə keçirilən görüşlərdə iştirak etmək.
Tələblər
- Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil;
- Sahə memarı və ya oxşar vəzifədə tikinti sahəsində iş təcrübəsi;
- Baş plan, memarlıq-planlaşdırma həlləri, kəsiklər, fasadlar, detallar və işçi çertyojları oxuma bacarığı;
- Bina və qurğuların memarlıq həllərinin tikinti sahəsində tətbiqi və icrasına nəzarət üzrə praktiki bilik;
- Fasad, dam, daxili tamamlama və abadlaşdırma işlərinin icra texnologiyaları üzrə anlayış;
- Memarlıq, konstruksiya və mühəndis şəbəkələri arasında koordinasiya və kolliziyaların müəyyən edilməsi bacarığı;
- Material, rəng və faktura həllərinin seçilməsi və razılaşdırılması prosesində təcrübə;
- Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları, yanğın təhlükəsizliyi və əlçatanlıq tələbləri barədə bilik;
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- Revit və ya ArchiCAD proqramlarında işləmək bacarığı üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Texniki sənədləşmə və hesabatların hazırlanması üzrə bacarıq;
- Məsuliyyətli, diqqətli, operativ və komandada işləmək bacarığı.
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Texniki ofis mühəndisi
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Aparıcı memar (Senior Architect)
AN Production • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
C
Bugün
Texniki ofis mühəndisi (Smeta üzrə mühəndis)
Capital Construction MMC • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
A
Bugün
SƏTƏM üzrə mütəxəssis (İnşaat)
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Elektromexanik
Veysəloğlu Yaycılı Qardaşlar • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Smeta və layihə mütəxəssisi
AGA Group • Bakı
Tam Ştat
1200 ₼Müraciət et