A

AZCD Group QSC

Son tarix: 7 Noyabr 2026

Texniki ofis mühəndisi

İnşaat və MemarlıqBakıTam Ştat7 Oktyabr 202664

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Layihənin icra prosesində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosesinin təmin edilməsi;
  • Sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənəd və materiallarla təmin edilməsi;
  • Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurların həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.);
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi.

Tələblər:

  • Layihə sənədlərini (baş plan, kəsik və detallar) oxumaq və iş həcmlərini çertyojlar üzrə hesablamaq
  • Smeta hesablamaları, iş həcmləri cədvəlləri və görülmüş işlərin aktlarının hazırlanması
  • İcra sənədləri: gizli işlər aktları, keyfiyyət sənədləri, material sertifikatları və laboratoriya nəticələri
  • Material və resurs uçotu, subpodratçıların hesabatlarının yoxlanılması
  • Azərbaycan Respublikasının tikinti normativ sənədlərini (ŞNQ) bilmək bacarığı.
  • Geodeziya və vertikal planlaşdırma məlumatlarını başa düşmək, ölçmə nəticələrinin layihə ilə uyğunluğunu yoxlamaq
  • AutoCAD (həcmlərin çıxarılması üçün), MS Excel (əsas səviyyədən yuxarı), MS Word, MS Project (üstünlükdür)
  • İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 5+ il sahə təcrübəsi;

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
  • İş qrafiki: Tam iş günü;
  • İş yeri: Bakı şəhəri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar