Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək;
- Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri;
- Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı, karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların quraşdırılması;
- Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək: qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək;
- Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya qalereyalarının tikintisinə nəzarət etmək;
- Su anbarlarının və digər yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək;
- Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü alətlərindən istifadə etmək;
- Geodeziya ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə koordinasiya etmək;
- Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət etmək;
- Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və iş həcmlərini müqayisə etmək;
- Gündəlik və həftəlik görülən işlər üzrə icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək;
- Gizli işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı işləmək;
- Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
- Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis şəbəkələri üzrə iş təcrübəsi;
- Layihə sənədlərini, baş planı, kəsikləri və texniki detalları oxuma bacarığı;
- Torpaq, yol, beton və dəmir-beton işlərinin icra texnologiyası üzrə praktiki bilik;
- Mühəndis şəbəkələrinin tikintisi üzrə anlayış və sahə təcrübəsi;
- Nivelir, teodolit və total station kimi geodeziya alətləri ilə işləmək bacarığı;
- Tikinti norma və standartları barədə bilik;
- Görülmüş işlərin həcmlərinin yoxlanılması və icra sənədlərinin hazırlanması üzrə anlayış;
- AutoCAD proqramında çertyojları oxuma bacarığı;
- MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və iri tikinti layihələrində iştirak imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
S
Dünən
Sınaqçı mühəndis
STP Global Cable • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Dünən
Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi
Deluxe Residence MTK • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
M
Dünən
Müştəri meneceri
Modernglass.az • Bakı
Tam Ştat
700 ₼Müraciət et
T
Dünən
Rig Clerk
Turan Drilling and Engineering Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
6 Oktyabr 2026
Çilingər-Mexanik
Veysəloğlu Yaycılı Qardaşlar • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
6 Oktyabr 2026
SƏTƏM üzrə müfəttiş
STP Global Cable • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et