V

Veysəloğlu Yaycılı Qardaşlar

Son tarix: 6 Noyabr 2026

Çilingər-Mexanik

MühəndislikBakıTam Ştat6 Oktyabr 202648

Müsahibə əsasında

Vakansiya haqqında

Funksiya: Çilingər-Mexanik — mexaniki avadanlıqların texniki baxışını, təmirini və sazlanmasını həyata keçirərək onların fasiləsiz və təhlükəsiz işləməsini təmin edir.

İş yeri: Bakı şəhəri

İş qrafiki: 

  • 08:00-16:00
  • 08:00-16:00
  • 08:00-16:00
  • 08:00-16:00
  • 08:00-16:00
  • 08:00-13:00
  • 1 gün istirahət günü

Ümumi məlumat:

Çilingər-Mexanik — istehsalat avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, təmir və sazlama işlərini həyata keçirir, avadanlıqların təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edir.

Vəzifə funksiyaları:

  • Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
  • Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
  • Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
  • Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
  • Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək.
  • Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
  • Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
  • Qol boru və keçidləri yerində hazırlamaq
  • Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq .
  • Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
  • Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
  • Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək Əsas iş münasibətləri: Qrupa daxil olan bütün şirkətlər və struktur bölmələri.

Vəzifə tələbləri:

  • Tələb olunan sahədə minimum 1 il təcrübə
  • Daxili nizam-intizam qaydalarına əməl etmək
  • Fiziki cəhətdən sağlam olmaq

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Nəqliyyat xidməti;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV  mövzu bölməsində “Çilingər-Mexanik ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar