By Medgalchi
Sahə nəzarətçisi
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Layihənin memarlıq bölməsinin yoxlanılması və tələb olunan dəyişikliklərin hazırlanması;
- Bina və tikililərin memarlıq layihələrinə və baş plana düzəlişlərin işlənməsi, layihələrin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
- Layihələndirmə tapşırıqlarının mövcud tikinti normativlərinə uyğunluğunu təmin etmək;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasında və smeta hesablamalarında memarlıq həcmlərinin düzgün müəyyənləşdirilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqələndirilməsi və layihə materiallarının optimallaşdırılması;
- Tikinti prosesində müəllif nəzarətinin aparılması, materialların və konstruksiyaların normativlərə uyğunluğuna nəzarət;
- Normativ materialların hazırlanmasında iştirak;
- Görülən işlər üzrə texniki hesabatların hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlislik mütləq, ingilis dilində yaxşı səviyyədə danışa bilmək üstünlükdür.
- AutoCad, Revit, Excel proqramlarında işləyə bilmək üstünlükdür;
- “BoQ” və “Specification” hazırlamaq bacarığı;
- İnteryer bitiş detallarını həll etmə bacarığı.
Qeyd : Vakansiya rayonlar üzrə layihələrə şamil edilir və dəqiq iş yeri layihələrin gedişatından asılı olaraq təyin ediləcəkdir.
İş şəraiti : 09.00 - 18.00
İş qrafiki : I - VI günlər
Əmək haqqı müsahibə əsasında namizədin bilik, bacarığına və gözləntisinə əsasən müəyyən ediləcək.
📩 Müraciət üçün:
Zəhmət olmasa CV, portfolionuzu və maaş gözləntinizi [email protected] ünvanına göndərin. Portfoliolu CV-lər üstünlükdür.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Oxşar vakansiyalar
Memar
By Medgalchi • Bakı
Smeta mühəndisi
Turkesh Dekor 2010 • Bakı
Fəhlə
AS-ANIL MMC • Bakı
Fəhlə
"VTEK" MMC • Bakı
Memar (Formen)
Azersun Holding • Bakı
Rəqəmsal və məişət texnika quraşdırıcısı
Kontakt Home • Bakı