C
Capital Construction MMC
Sahə rəisi
2500 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət
- Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi
- Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət
- İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması
- Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması
- Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması
- Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət
- Təslim-təhvil prosesində iştirak
- Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması
- Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi
- Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət
- Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət
Namizədə tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
- Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
- Şəxsi istifadədə cip tipli (yüksək hündürlüyə malik) nəqliyyat vasitəsinin mövcud olması.
- Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
- Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
- Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
- Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
- Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
- Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
İş şəraiti:
- İş yeri: Qaradağ r.,
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 2500-2800 AZN + benzin pulu (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
I
Bugün
Project Requisitioner
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Təmizlik işçisi
Crocus Fitness • Bakı
Tam Ştat
600 ₼Müraciət et
E
Bugün
Adminstrator (Online)
Eonage • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Direktor
Active İT Solutions • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
A
Bugün
Direktor assistenti
Artmood Agency MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
T
Bugün
Xadimə
TAİS İKF • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et