T

TAİS İKF

Son tarix: 10 Sentyabr 2026

Xadimə

İnzibati İşlərBakıTam Ştat11 Avqust 2026134

Müsahibə əsasında

Vakansiya haqqında

Satış obyektlərimizə “Xadimə” axtarırıq  

Vəzifə öhdəlikləri:

  • Müəssisənin inzibati və digər təyinatlı sahələrində təmizlik, səliqə-sahman və sanitariya-gigiyena normalarına uyğun işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək
  • İş otaqları, iclas zalları, dəhlizlər, pilləkənlər, giriş hissələri, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini həyata keçirmək
  • İş yerlərində tozlanmanın, çirklənmənin və gigiyenik normalara uyğun olmayan halların qarşısını almaq üçün mütəmadi təmizlik işləri aparmaq
  • Sanitar qovşaqların daim təmiz, səliqəli və istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin etmək
  • Təmizlik zamanı istifadə olunan yuyucu, dezinfeksiyaedici və digər vasitələrdən təlimatlara uyğun, təhlükəsiz və səmərəli istifadə etmək
  • Təmizlik vasitələri, inventarlar və digər iş avadanlıqlarından düzgün istifadə etmək, onların qorunub saxlanılmasına diqqət yetirmək
  • Təmizlik üçün tələb olunan materialların ehtiyatına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək
  • Məişət tullantılarının toplanması, çeşidlənməsi və müəyyən olunmuş qaydada utilizasiya olunmasını təmin etmək
  • İş gününün əvvəlində və ya sonunda iş sahələrinin təmizliyini yoxlamaq, zəruri hallarda əlavə təmizlik işləri aparmaq
  • Müəssisədə keçirilən tədbirlər, görüşlər və xüsusi iş rejimi zamanı ərazilərin səliqəyə salınmasını və təmiz saxlanılmasını təmin etmək
  • İş yerində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək
  • İş prosesində məxfilik prinsiplərinə əməl etmək, iş otaqlarında olan sənəd və əşyalara qarşı diqqətli və məsuliyyətli davranmaq
  • Rəhbərliyin xidməti fəaliyyətlə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Namizədə tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək bacarığı
  • Təmizlik vasitələri və avadanlıqlarından düzgün və təhlükəsiz istifadə bacarığı
  • Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı
  • İş qrafikinə və müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək

İş şəraiti :

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • Ünvan: Nərimanov rayonu

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar