Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərin gündəlik təşkilini və koordinasiyasını həyata keçirmək;
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ tələblərə uyğun icrasını təmin etmək;
- Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İşçi briqadalarının və sahədə çalışan işçilərin fəaliyyətini təşkil və koordinasiya etmək;
- Tikinti sahəsində işlərin ardıcıllığını və səmərəli təşkilini təmin etmək;
- Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
- Tikinti materiallarının və avadanlıqların sahədə düzgün və səmərəli istifadəsini təmin etmək;
- Material və avadanlıqlara olan tələbatı müəyyən etmək və rəhbərliyə təqdim etmək;
- Tikinti işlərinin faktiki icra vəziyyətini qiymətləndirmək və rəhbərliyə müvafiq məlumat vermək;
- İşlərin ölçülməsi, görülmüş işlərin aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
- Layihə və texniki sənədlərdə aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
- Subpodratçı təşkilatların və briqadaların fəaliyyətinin sahədə koordinasiyasında iştirak etmək;
- Tikinti sahəsində əmək intizamına riayət olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
- Tikinti sahəsində istifadə olunan alət, avadanlıq və digər maddi resursların qorunmasına nəzarət etmək;
- Gündəlik və dövri görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək;
- Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər:
- Cins: kişi;
- Yaş həddi: 35-55;
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
- Məsuliyyətli;
- İdarəetmə bacarığı;
- Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
- MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 6 günlük;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı razılaşma əsasında.
Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
C
Bugün
Ofis meneceri / Офис-менеджер / Reception
Carlton Travel Assistance • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Bugün
Assistent
Melody Coaching&Consulting • Bakı
Tam Ştat
700 ₼Müraciət et
D
Bugün
Prorab (sahə rəisi)
Deluxe Residence MTK • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
Ö
Bugün
Xadimə
Özəl təşkilat • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
İş icraçısı
Azman Holding • Bakı
Tam Ştat
1600 ₼Müraciət et
A
Bugün
Növbətçi (AGA Business Center)
AGA Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et