Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki tələblərə uyğun təşkil və icra etmək;
- Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək;
- Layihə koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri, binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək;
- Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil etmək;
- Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını müəyyən etmək, kəsik və profilləri hazırlamaq;
- Vertikal planlaşdırma işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu yoxlamaq;
- Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq;
- Tikinti işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri məlumatları toplamaq;
- Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq, onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək;
- Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək;
- Layihə sənədlərini, o cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək;
- Tikinti sahəsində aparılan işlərin layihə koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq;
- Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək;
- Sahə mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı işləmək.
Hesabat və sənədləşmə
- Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında qeyd etmək;
- Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra ölçmələrini aparmaq və nəticələri təqdim etmək;
- İcra planalma (as-built) məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq;
- Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və Texniki ofis mühəndislərinə təqdim etmək;
- Aparılmış ölçmələr, aşkar edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Tikinti sahəsində topoqraf/geodeziya üzrə praktiki iş təcrübəsi;
- Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit ilə sərbəst işləmək bacarığı;
- Layihə koordinatlarının və yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə;
- Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə bilik;
- Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının müəyyən edilməsi üzrə bacarıq;
- İcra planalma (as-built) və icra sxemlərinin hazırlanması üzrə anlayış;
- Geodeziya dayaq şəbəkəsinin və reperlərin yaradılması və yoxlanılması üzrə bilik;
- Layihə sənədlərini, baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı;
- AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı;
- MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı;
- Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə anlayış;
- Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
G
Bugün
Su sistemləri üzrə texnik
Gen Pharma Caucasus Manufacturing Operations • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
İT texnik
As technologies • Bakı
Tam Ştat
800 ₼Müraciət et
S
Bugün
Elektrik montyor
STDC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Elektrik-elektronçu
Azersun Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Memar
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Sahə memarı
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et