A
Avenue
Santexnika üzrə Satış Meneceri
800 ₼
Vakansiya haqqında
İş barədə məlumat
- “Avenue İnteriors” şourumu illərdir premium brendlərin sərgilənməsi və satışı, eləcə də yüksək səviyyəli interyer həllərinin təqdimatı istiqamətində uğurla fəaliyyət göstərir.
- Təcrübəli, peşəkar komandamızı genişləndiririk və bizimlə birlikdə inkişaf etmək istəyən, satış sahəsində özünü göstərməyə həvəsli namizədləri komandamıza dəvət edirik.
Hazırda “Santexnika üzrə Satış Meneceri” vəzifəsinə namizəd axtarırıq.
Tələblər
- Premium seqmentdə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqət;
- Satış texnikaları və satış prinsipləri haqqında bilik;
- Səliqəli, gülərüz, yüksək ünsiyyət və təqdimat bacarığı;
- Müştəridə müsbət təəssürat yarada biləcək peşəkar davranış və təqdimat qabiliyyəti;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil və məsuliyyətli olmaq.
Vəzifə öhdəlikləri
- Şourumda təmsil olunan brendlərin və kolleksiyaların müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Məhsulların keyfiyyəti, xüsusiyyətləri və digər fərqləndirici cəhətləri barədə müştərilərə ətraflı məlumat verilməsi;
- Müştəri bazasının formalaşdırılmasında və inkişaf etdirilməsində iştirak;
- Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
- Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və satış prosesinin sonadək izlənilməsi;
- Görülən işlər üzrə gündəlik və həftəlik hesabatların hazırlanması;
- Şirkət tərəfindən təşkil olunan təlim və treyninqlərdə iştirak;
İş şərtləri
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
- Həftədə 6 günlük iş qrafiki;
- Növbəli iş rejimi: 10:00–17:00 / 10:00–20:00;
- Əmək haqqı: 800 - 1200 Azn aralığı + bonus sistemi.
- İş yeri: Təbriz küç. 70D
Maraqlanan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə menecer – Santexnika” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələlərinə yalnız qeyd olunan tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiyalar
M
Bugün
Korporativ satışlar üzrə menecer
Murad LTD • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Korporativ satış üzrə mütəxəssis
Azimut LLC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Satış meneceri
Auto Park MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
C
Bugün
Korporativ Satiş Meneceri
CREA • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
W
Bugün
Satış təmsilçisi
Wraym • Bakı
Tam Ştat
700 ₼Müraciət et
S
Bugün
Satış Məsləhətçisi
Soliton • Bakı
Tam Ştat
500 ₼Müraciət et