R

Real İnşaat MMC

Son tarix: 18 Sentyabr 2026

Satınalma (Tender) üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat18 Avqust 202690

1000

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Müxtəlif satınalma portalları vasitəsilə tender elanlarını gündəlik olaraq izləyir.
  • Dövlət satınalma portalları üzərindən mütəmadi tender monitorinqi həyata keçirir.
  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun gələn tender elanlarını təhlil edir və iştirak barədə qərar verilməsi üçün müvafiq məlumatları rəhbərliyə təqdim edir.
  • Seçilmiş tenderlərin şərtlər toplusunu analiz edir və tələb olunan sənədlərin toplanması üçün müvafiq dövlət qurumlarına müraciət edir.
  • Dövlət tenderləri üzrə tələb olunan sənədləri PDF formatında elektron satınalma sisteminə yükləyir.
  • Tender və satınalma prosesləri üçün tələb olunan hüquqi sənədlərin notarial qaydada təsdiqini və digər rəsmi prosedurları "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçirir.
  • Ehtiyac yarandıqda tender zərflərinin açılış mərasimlərində şirkəti nümayəndə olaraq təmsil edir.
  • Tender şərtlərinə uyğun olaraq, müvafiq bank arayışlarının və bank qarantiyası sənədlərinin alınması üçün mühasibatlıq departamenti ilə koordinasiyalı şəkildə çalışır.
  • Tenderin alt sənədlərini hazırlayır və texniki sənədlər paketinin toplanaraq təqdim edilməsini təmin edir.
  • Məhsullar üzrə mənşə rəyinin alınması üçün müvafiq dövlət strukturlarına müraciət edir.
  • Tender proseslərinin optimallaşdırılması məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq edir.
  • Tender portalından daxil olan sorğuları izləyir və cavablandırır.
  • Tender qalibi seçildiyi təqdirdə satınalan tərəf ilə müqavilə bağlanması prosesini icra edir.
  • Tender üzrə təhvil verilmiş və veriləcək məhsulların qalıq hesabatlarını tərtib edir.
  • Təhvil verilmiş malların siyahısını hazırlayır və e-qaimə kəsilməsi üçün mühasibatlığa təqdim edir.
  • Tender öhdəlikləri çərçivəsində təqdim olunan elektron qaimə-fakturaları müşayiət edən sənədlər paketini (təhvil-təslim aktları, keyfiyyət sertifikatları və digər alt sənədləri) hazırlayır
  • Satınalan alan təşkilatdan qaimə əsasında ödənişin tələb edir.
  • Satınalan şirkətlərin sorğu və şikayətlərini izləyir, mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görür.
  • Aylıq tender fəaliyyəti və layihələrin icrası ilə bağlı müvafiq hesabatları hazırlayır.
  • Tender iştirak haqlarının və portal istifadə xərclərinin ödənişlərini həyata keçirir
  • Tender layihəsinin yekun hesabatının hazırlanması
  • Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
  • Sifarişçinin qəbul aktlarının alınması
  • Layihənin bağlanması və arxivləşdirilməsi
  • Tender nəticələrinə əsasən müqavilənin hazırlanması və razılaşdırılması
  • Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
  • Müqavilənin imzalanma prosesinin koordinasiyası
  • Sifarişçi ilə rəsmi yazışmaların aparılması
  • Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
  • Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
  • Müştəri ilə davamlı əlaqənin saxlanılması
  • Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi

Tələblər

  • Ali təhsil və dövlət satın almaları haqqında Azərbaycan qanunvericiliyini mükəmməl bilmək
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, xarici dil bilikləri üstünlükdür;
  • Elektron satınalma portalı ilə işləmək bacarığı;
  • Təmsiletmə bacarığı;
  • Analitik düşünmə və hesablama bacarığı;
  • Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və diqqətlilik;
  • Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
  • Kompüter bilikləri (MS Office);
  • Yaş həddi; 25-50

İş şəraiti

  • Ünvan: Nəsimi rayonu Svetlana Məmmədova küçəsi 203c
  • İş saatı: Həftədə 5 gün (İstirahət günləri Şənbə və Bazar) 09-00 18-00
  • Əmək haqqı: 1000 Azn (net) + Qazanılmış tender üçün bnous

Əlaqə: 051-205-98-67

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar