F

Facility Management Group

Son tarix: 28 Sentyabr 2026

Satınalma üzrə baş mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat28 Avqust 2026106

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə Baş mütəxəssis axtarır. Namizəd satınalma proseslərini müstəqil şəkildə idarə edəcək, təchizatçıların seçimi və qiymətləndirilməsini həyata keçirəcək, bazar araşdırmaları aparacaq və satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edəcək.

Vəzifə öhdəlikləri

  • Daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılması, təşkili və koordinasiya edilməsi;
  • Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək;
  • Tender və qiymət sorğusu proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və optimal satınalma təklifləri hazırlamaq;
  • Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və əməkdaşlıq münasibətlərini idarə etmək;
  • Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin icrasını izləmək;
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
  • Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək;
  • Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, idarəetmə və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
  • Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə;
  • Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;
  • Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı;
  • Təchizatçılarla danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək bacarığı;
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
  • Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Korporativ loyallıq proqramına üzvlük
  • Geniş təminatlı tibbi sığorta
  • Rəqabətli əməkhaqqı və bonus sistemi
  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar