A
AzRose
Satınalma üzrə baş mütəxəssis (Qəbələ)
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək;
- Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə etmək;
- Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və icrasına nəzarət etmək;
- Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;
- Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
- Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu izləmək;
- Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək;
- Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müvafiq şöbələrlə koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə);
- Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir);
- Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi;
- Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə bacarıqlar;
- Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə;
- İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili biliyi arzuolunandır;
- Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı.
Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
1
Bugün
Anbardar (depo)
166 Express MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Bugün
Təchizat üzrə mütəxəssis
Booo.az • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Bugün
Sürücü-dezinfektor (öz şəxsi maşını ilə)
Deziline • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Bugün
Təchizat üzrə mütəxəssis
Akad Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Anbardar
ADIS Azerbaijan • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Beynəlxalq Logistika üzrə Mütəxəssis
Superfon • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et