B

Bio Estetik MMC

Son tarix: 12 Noyabr 2026

Satınalma üzrə Kiçik Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat12 Oktyabr 2026137

Müsahibə əsasında

Vakansiya haqqında

Bio Estetik MMC olaraq “Satınalma üzrə Kiçik Mütəxəssis” vakansiyasını Boss.az platformasında yerləşdirmək istəyirik.
Vakansiyanın yerləşdirilməsi ilə bağlı mövcud qiymətlər, paketlər və xidmət şərtləri haqqında məlumat təqdim etməyinizi xahiş edirik.
Həmçinin ödəniş üsulları barədə məlumat verməyinizi və ödənişin kartdan-karta köçürmə yolu ilə həyata keçirilməsinin mümkün olub-olmadığını bildirməyinizi xahiş edirik.
Vakansiyanın tam mətni aşağıda təqdim olunur.
Vəzifə: Satınalma üzrə Kiçik Mütəxəssis
Şirkət: Bio Estetik MMC
İş yeri: Bakı, ofisdaxili
İş qrafiki:
  • Bazar ertəsi – Cümə: 09:00–18:00
  • Şənbə: 10:00–18:00
Əməkhaqqı: Razılaşma yolu ilə
 
Biz nə təklif edirik?
  • Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
  • Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
Müraciət qaydası
Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Əməkdaşlığınız və məlumatlandırmanız üçün əvvəlcədən təşəkkür edirik.

Tələblər:

  • Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • İngilis və rus dillərini bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
  • Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq.

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
  • Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
  • Məhsulların kataloq, qiymət və texniki göstəriciləri barədə məlumatların əldə olunması;
  • Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
  • Sənədləşmə, logistika, gömrük və idxal proseslərinə dəstək göstərilməsi;
  • Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.

Oxşar vakansiyalar