A
Azera Holding
Təchizat üzrə menecer
1500 ₼
Vakansiya haqqında
Azera Holdinq, tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC üçün Təchizat üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Şirkətin istehsal və inzibati fəaliyyətinə uyğun olaraq illik, aylıq və operativ təchizat ehtiyaclarını təhlil etmək, satınalma planını formalaşdırmaq və icrasını təmin etmək.
- Xammal, material, avadanlıq, ehtiyat hissələri və digər mal-xidmət kateqoriyaları üzrə bazar araşdırmaları aparmaq, alternativ təchizat mənbələri müəyyənləşdirmək və qiymət müqayisələri hazırlamaq.
- Təchizatçıların seçilməsi, ilkin qiymətləndirilməsi və dövri performans qiymətləndirilməsini həyata keçirmək; qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və etibarlılıq meyarları üzrə optimal tərəfdaşları müəyyən etmək.
- Təchizatçılarla kommersiya danışıqları aparmaq, daha sərfəli qiymət və şərtlərin əldə edilməsini, endirimlərin və ödəniş möhlətlərinin razılaşdırılmasını təmin etmək.
- Satınalma sifarişlərini, kommersiya təkliflərini, müqavilələri, hesab-fakturaları və digər zəruri sənədləri hazırlamaq və aidiyyəti bölmələrlə razılaşdırmaq.
- Müqavilə öhdəliklərinin, sifarişlərin və çatdırılmaların vaxtında və düzgün icrasına nəzarət etmək, gecikmə və uyğunsuzluqlar üzrə operativ tədbirlər görmək.
- Alınan malların texniki tələblərə, sifarişə, keyfiyyət standartlarına və miqdar göstəricilərinə uyğunluğunun yoxlanılmasını aidiyyəti bölmələrlə koordinasiya etmək; tələb olunan sertifikat və digər təsdiqedici sənədləri təmin etmək.
- Logistika, nəqliyyat, gömrük və çatdırılma proseslərini zərurət olduqda koordinasiya etmək, malların təyin olunmuş müddətdə və optimal xərclə şirkətə çatdırılmasını təmin etmək.
- Anbar qalığı, minimum-maksimum ehtiyat səviyyəsi və material dövriyyəsini nəzərə alaraq artıq ehtiyatın və təchizat çatışmazlığının qarşısını almaq üçün müvafiq bölmələrlə koordinasiyalı işləmək.
- Satınalma büdcəsinin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və qənaət imkanlarını müəyyənləşdirmək, faktiki xərcləri plan göstəriciləri ilə müqayisə etmək.
- Təchizat və satınalma əməliyyatlarının 1C və digər daxili sistemlərdə düzgün və vaxtında qeydiyyatını təmin etmək, məlumatların tamlığını və sənədlərin arxivləşdirilməsini nəzarətdə saxlamaq.
- Təchizat proseslərində mümkün kommersiya, keyfiyyət, logistika və təchizatçı risklərini əvvəlcədən qiymətləndirmək, alternativ həll və ehtiyat təchizat planları hazırlamaq.
- Maliyyə, anbar, istehsalat, logistika və digər aidiyyəti struktur bölmələri ilə daimi koordinasiya qurmaq, təchizat prosesində yaranan məsələlərin vaxtında həllini təmin etmək.
- Təchizat üzrə əsas göstəriciləri (qiymət dəyişiklikləri, qənaət, sifarişlərin icra faizi, gecikmələr, təchizatçı performansı və s.) təhlil etmək, dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Satınalma və təchizat proseslərinin şəffaf, səmərəli və şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi müvafiq sahədə 1 il
- Azərbaycan dili əla,Türk dili yaxşı, rus dili üstünlükdür
- Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında işləmək
- Təmkinli və səbirli olması vacibdir.
- Stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək
- Bəy Namizədlər
Əlavə qeyd
- Əmək haqqı:1500 AZN (Net)
- İş yeri: Bakı şəhəri Nərimanov Rayonu
- Həftə içi 5 gün, 09:00-18:00
- Tekstil sahəsində təcrübəsi olması arzuolunandır.
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan Tekstil MMC, Təchizat üzrə menecer” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
I
Bugün
Logistika üzrə Əməliyyat Meneceri
Intransco Transport & Logistics Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Satınalma üzrə Kiçik Mütəxəssis
Bio Estetik MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Planlaşdırma və Anbar üzrə Mütəxəssis
Gen Pharma Caucasus Manufacturing Operations • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Avtovoz sürücüsü
Okean Avtosalon • Bakı
Tam Ştat
2040 ₼Müraciət et
C
Bugün
Özüboşaldan yük maşını sürücüsü (Kəlbəcər rayonu)
Core Construction • Kəlbəcər
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Araşdırma mütəxəssisi
Veysəloğlu-Rossmann • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et