A

Aznof

Son tarix: 4 Sentyabr 2026

Satınalma üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat5 Avqust 2026331

Müsahibə əsasında

Vakansiya haqqında

AZNOF MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

  • Tikinti layihələri üçün tələb olunan mal-materialların, avadanlıqların və xidmətlərin vaxtında və optimal şərtlərlə satınalınmasını təşkil etmək;
  • Təchizatçı və podratçı bazasını araşdırmaq, yeni təchizatçılar cəlb etmək və qiymət təkliflərini toplamaq;
  • Daxil olan sorğular üzrə qiymət müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təchizatçılarla qiymət, ödəniş şərtləri və təhvil-təslim müddətləri üzrə danışıqlar aparmaq;
  • Sifariş olunan tikinti materiallarının keyfiyyət sertifikatlarının və Texniki Şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
  • Materialların tikinti sahəsinə (obyektə) çatdırılma qrafikinə və logistika prosesinə nəzarət etmək;
  • Təchizatçılarla yarana biləcək iddiaları (kəsir, zədələnmiş mal, gecikmə və s.) idarə etmək və həll etmək.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Tikinti materialları, mexanizmləri və spesifikasiyaları haqqında geniş anlayış;
  • Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı;
  • MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşkilatçılıq və eyni anda bir neçə layihə ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 

Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar