F
Farchitects LLC
Satınalma və üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analiz edilməsi;
- Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin alınması və müqayisəsi
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Layihələri üzrə material və xidmət tələblərini toplamaq və analiz etmək;
- Təchizatçılarla danışıqlar aparmaq, ən uyğun şərtlərlə müqavilələrin bağlanmasında iştirak etmək;
- Sifarişlərin hazırlanması, izlənməsi və vaxtında çatdırılmaya nəzarət etmək;
- Materialların texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq
- Anbar qalığına nəzarət etmək və ehtiyaclara uyğun planlama aparmaq;
- Satınalma sənədlərinin (təkliflər, müqavilələr, qaimələr və s.) düzgün və tam şəkildə arxivləşdirilməsi;
- Büdcə çərçivəsində satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
- Təchizatçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və saxlanılması;
- Layihə rəhbərləri, mühəndislər və dizaynerlərlə sıx əməkdaşlıq etmək;
- Satınalma prosesində şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək;
- Tender sənədlərini təhlil etmək, iştirak şərtlərini qiymətləndirmək;
- Tender təkliflərinin hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Şirkətin digər şöbələri ilə koordinasiyalı işləyərək qiymət təkliflərini və texniki məlumatları toplamaq;
- Şifarişçi tərəfindən BOQ-də müəyyən edilmiş marka, texniki spesifikasiya və digər tələblərə uyğun olaraq büdcənin hazırlanması, tender paketinin formalaşdırılması, tələb olunan sənədlərin tərtib edilməsi və tender təklifinin müəyyən edilmiş qaydada təqdim olunmasının təmin edilməsi;
- Tender nəticələrini izləmək, qalib və ya uduzulmuş tenderlər üzrə hesabat hazırlamaq;
- Bağlanmış müqavilələrin icrasını izləmək və sənədləşməni təmin etmək;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Satınalma və tender qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
- Rəhbərin verdiyi satınalma ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- Bu sahədə təcrübə: 8 il +, tikinti sahəsində son 3 il + təcrübə mütləqdir
- İnşaat materialları və xidmətləri üzrə geniş tədarükçü bazasına malik olmaq
- Tender təkliflərinin hazırlanmsı üzrə təcrübəyə malik olmaq
- İngilis dili və Rus dili biliyi (yaxşı), Azərbaycan dili (əla) səviyyədə olmalı
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
- Operativlik, diqqətlilik və məsuliyyətlilik
- Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
- Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
- Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
- Səliqəli görünüş və peşəkar davranış
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş saatı: 09.00-18.00
- İş qrafiki: Həftə içi 5 gün
Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət ediləcəklər.
Oxşar vakansiyalar
C
Bugün
Sürücü
Company • Bakı
Tam Ştat
200 ₼Müraciət et
A
Bugün
Satınalma üzrə mütəxəssis
Agro-West Pro • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Sürücü-Ekspeditor (sürücü ağırlıqlı)
Bilfa Boyaları • Bakı
Tam Ştat
600 ₼Müraciət et
C
Bugün
Raw & Packaging Materials Planning and Delivery Specialist
Carlsberg Azerbaijan • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Sürücü-Kuryer
NetTech • Bakı
Tam Ştat
800 ₼Müraciət et
N
Bugün
Sürücü
N1 Çörək Zavodu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et