P

Prime Accessories Mağazalar Şəbəkəsi

Son tarix: 9 Oktyabr 2026

Satış koordinatoru

Marketinq və SatışBakıTam Ştat9 Sentyabr 202659

1500

Vakansiya haqqında

Biz sadəcə satış proseslərini koordinasiya edəcək bir əməkdaş deyil, komandanın ritmini idarə edəcək, nəticələrin arxasında dayanacaq və inkişaf edən şəbəkəmizlə birlikdə böyüyəcək bir lider axtarırıq. Bizim üçün koordinasiya yalnız tapşırıqları bölüşdürmək deyil — insanlarla düzgün ünsiyyət qurmaq, prosesləri sistemləşdirmək, problemlərə həll tapmaq və komandaya motivasiya verməkdir.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Filialların satış fəaliyyətinin gündəlik və dövri olaraq koordinasiya edilməsi, satış hədəflərinin icrasının izlənilməsi;
  • Satış nəticələrinin, əsas performans göstəricilərinin (KPI) və filiallar üzrə göstəricilərin mütəmadi təhlil edilməsi;
  • Satış nəticələrinin artırılması üçün filiallara operativ dəstək göstərilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Filial ziyarətlərində iştirak edərək satış proseslərinin, müştəri xidmətinin və əməkdaşların iş performansının müşahidə edilməsi;
  • Aşkar olunan problemlərin və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, onların həlli üçün təkliflərin hazırlanması;
  • Satış heyətinin məhsul, xidmət və satış texnikaları üzrə biliklərinin inkişaf etdirilməsi üçün təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Personala satış praktikaları, müştəri xidməti, ünsiyyət, motivasiya və digər inkişaf mövzuları üzrə təlimlər keçmək;
  • Yeni əməkdaşların adaptasiya və işə qəbul proseslərində iştirak etmək;
  • Əməkdaşların performansını izləmək, inkişaf istiqamətləri ilə bağlı rəy vermək və nəticələrin təqibini aparmaq;
  • Satış komandasının motivasiyasının artırılması üçün müxtəlif motivasiya və təşviq proqramlarının hazırlanması;
  • Satış nəticələrinə təsir edən bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri davranışındakı dəyişiklikləri izləmək;
  • Satış nəticələri və filialların ehtiyacları əsasında yeni ideyalar, kampaniyalar və satışın artırılmasına yönəlmiş təkliflər hazırlamaq;
  • Keçirilən təlimlərin və tətbiq olunan inkişaf proqramlarının nəticələrini ölçmək, sorğu və analizlər aparmaq;
  • Görülən işlər, satış nəticələri, qarşıya çıxan çətinliklər və inkişaf imkanları ilə bağlı aylıq, rüblük və illik hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi.

Hansı super gücləriniz olmalıdır:

  • Ali təhsil – Biznesin idarə edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli sahələr üzrə;
  • Satış sahəsində minimum 5-7 il iş təcrübəsi, idarə etmə və ya koordinasiya funksiyasında təcrübə mütləqdir;
  • Təlim və inkişaf sahəsində praktiki təcrübə;
  • Satış göstəricilərinin və KPI-ların təhlili, nəticələr əsasında qərar və təkliflər hazırlamaq bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Excel və Power Point-dən yüksək səviyyədə istifadə bacarığı;
  • Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarığı mütləqdir;
  • Güclü təqdimat, natiqlik və auditoriya qarşısında çıxış bacarığı;
  • Analitik və strateji düşüncə;
  • Təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Təşəbbüskarlıq, çeviklik və yüksək məsuliyyət hissi;
  • Dəyişikliklərə və dinamik iş mühitinə tez uyğunlaşmaq bacarığı;

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: NET 1500 AZN + satışdan bonus;
  • 5 günlük iş qrafiki və iş-həyat balansını qoruyan iş mühiti;
  • Şirkət məhsullarını xüsusi əməkdaş endirimi ilə əldə etmək imkanı;
  • Peşəkar və şəxsi inkişafınızı dəstəkləyən şirkətdaxili təlim və inkişaf proqramları;
  • Nəticələriniz və potensialınız əsasında karyera və vəzifə yüksəlişi imkanları;
  • Öz ideyalarınızı reallaşdırmaq, proseslərin inkişafına töhfə vermək və real nəticələr yaratmaq imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış koordinatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Oxşar vakansiyalar