C

Company

Son tarix: 29 Oktyabr 2026

Satış Meneceri

Marketinq və SatışBakıTam Ştat29 Sentyabr 2026112

500 ₼

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin axtarılması və müəssisənin məhsullarının təqdim edilməsi;
  • Müştərilərdən gələn sorğuların qəbulu və sifarişlərin rəsmiləşdirilməsi;
  • Beton bordür, tamet və digər beton məhsulların satışı üzrə danışıqların aparılması;
  • Məhsulların qiymətləri, ölçüləri və mövcudluğu barədə müştərilərə məlumat verilməsi;
  • Müştərilərin ehtiyaclarına uyğun məhsul və miqdarın müəyyənləşdirilməsi;
  • Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Qiymət təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Sifarişlərin istehsal və anbar üzrə aidiyyəti şəxslərlə koordinasiya edilməsi;
  • Sifarişlərin vaxtında hazırlanması və müştəriyə çatdırılması prosesinə nəzarət;
  • Mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması və satışların artırılması;
  • Satış və müştəri məlumatlarının uçotunun aparılması;
  • Onlayn  satış kanalları üzərindən daxil olan müştəri müraciətlərini qəbul etmək və cavablandırmaq;
  • Müştərilərdən daxil olan telefon zənglərini cavablandırmaq, məhsullar və qiymətlər barədə məlumat vermək;
  • Rəhbərliyə satışlar və müştəri bazası barədə müvafiq məlumatların təqdim edilməsi.
  • Namizədə tələblər:

  • Satış sahəsində 2 il iş təcrübəsi;
  • Müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli və operativ olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Tikinti və ya tikinti materialları sahəsində təcrübə üstünlükdür.
  • İş şərtləri:

  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 500 azn  + satış bonusu
  • İş yeri: Abşeron ticarət mərkəzi

Oxşar vakansiyalar