L

Led.az Events

Son tarix: 8 Avqust 2026

Satış meneceri

Marketinq və SatışBakıTam Ştat8 İyul 202643

800

Vakansiya haqqında

Əmək haqqı: 800-1000 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları

Korporativ nömrə və noutbuk

Praktiki və korporativ satış üzrə peşəkar təlim

 

Müraciət qaydası:

CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər:

Təcrübə: Korporativ satış sahəsində minimum 2-3 il iş təcrübəsi (tədbir təşkilatçılığı sahəsi üstünlükdür)

Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), İngilis dili və Rus dili (orta-yuxarı səviyyədə şifahi və yazılı)

Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.

Vəzifə öhdəlikləri:

Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi

Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi

Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi

Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək

Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi

Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması

Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması

Bazar trendlərini izləmək

Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək

Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması

CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi

Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək

Brend standartlarına uyğun təqdimat və davranış

Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək.

Oxşar vakansiyalar