"

"Su İnşaat" MMC

Son tarix: 9 Avqust 2026

Satış meneceri (Kişi)

Marketinq və SatışBakıTam Ştat9 İyul 202634

500

Vakansiya haqqında

Vəzifə haqqında:

 

Şirkətimiz tikintinin izolyasiya sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulmaq üçün məsuliyyətli, təşəbbüskar və inkişafyönümlü Satış Mütəxəssisi axtarır. Namizəd şirkətin məhsul və xidmətlərinin təqdimatını həyata keçirməli, yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış hədəflərinin yerinə yetirilməsində aktiv iştirak etməlidir.

 

İş şəraiti və təklif olunan imkanlar:

* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

* İş qrafiki: Bazar ertəsi–Cümə saat 09:00 dan–18:00 dək, Şənbə günü saat 09:00 dan–13:00 dək;

* Əməkhaqqı: 500–600 AZN (namizədin bilik və bacarıqlarına uyğun) + satış nəticələrinə əsasən əlavə bonus;

* Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;

* Şirkət tərəfindən peşəkar təlim və adaptasiya proqramı;

* Rahat iş mühiti və peşəkar, mehriban kollektiv;

* Məzuniyyət və digər sosial təminatlar Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Tələblər:

* Yaş: 21–25;

* Cins: Kişi;

* Tikinti mühəndisliyi və ya tikinti sahəsi üzrə müvafiq ixtisas üzrə ali təhsil;

* Satış sahəsində iş təcrübəsi arzuolunandır (tikinti sektorunda təcrübə üstünlük hesab olunur);

* Güclü ünsiyyət, təqdimat, satış və danışıqlar aparmaq bacarığı;

* Müştəriyönümlü və nəticəyönümlü düşüncə tərzi;

* Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür;

* MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;

* Məsuliyyətli, dürüst, təşəbbüskar, operativ və komandada işləmək bacarığı;

* Ezamiyyətlərdə iştirak etməyə hazır olmaq üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

* Şirkətin məhsul və xidmətlərinin müştərilərə peşəkar şəkildə təqdim edilməsi;

* Yeni müştərilərin müəyyənləşdirilməsi, cəlb olunması və uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;

* Mövcud müştəri bazasının idarə edilməsi və müştəri məmnuniyyətinin təmin olunması;

* Müştərilərlə görüşlərin təşkili, işgüzar danışıqların aparılması və təqdimatların keçirilməsi;

* Müştərilərin tələbatının müəyyən edilməsi və uyğun həllərin təklif olunması;

* Satış planının və müəyyən edilmiş hədəflərin vaxtında yerinə yetirilməsi;

* Kommersiya təkliflərinin hazırlanmasında və müqavilələrin bağlanması prosesində iştirak edilməsi;

* Satış fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

* Bazarın araşdırılması, rəqiblərin təhlili və satış imkanlarının müəyyən edilməsi.

Oxşar vakansiyalar