City Media
Satış Menecerinin köməkçisi
Müsahibə əsasında
Vakansiya haqqında
Satış Menecerinin köməkçisi Axtarırıq!
Reklam və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətimiz böyüyən komandası üçün enerjili, ünsiyyətcil və inkişaf yönümlü Satış Meneceri axtarır.
Əgər insanlarla işləməyi sevir, danışıqlar aparmaqdan zövq alır və karyeranızı perspektivli bir sahədə qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!
Namizədə tələblər
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- İngilis dili biliyi (orta və ya daha yüksək səviyyə);
- İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil arzuolunandır;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Photoshop proqramı ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Analitik düşüncə və məlumat bazaları, rəqəmlər, hesabatlarla işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq olmaq;
- 28 yaşadək namizədlər (təcrübəli və ya təcrübəsiz).
Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili təlim və inkişaf proqramları nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
- Müştərilərin axtarışı və yeni əməkdaşlıqların qurulması;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Təqdimat materiallarının hazırlanması;
- Müştərilərlə gündəlik ünsiyyətin aparılması;
- Reklam kampaniyalarının icrasına nəzarət;
- Hesabatların hazırlanması və təhlili;
- Müqavilə və digər sənədlərin hazırlanmasında iştirak.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (10:00 – 18:00);
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Şəhərin mərkəzində yerləşən müasir ofis;
- Gənc, yaradıcı və peşəkar komanda;
- Beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanları;
- Real karyera yüksəlişi perspektivi;
Əməkhaqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.
Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi göndərin və uğurlu karyeranıza bizimlə başlayın!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı filialları üzrə Satış və Əməliyyatlar/ Bridge plaza şöbəsinin Müştəri Xidmətləri qrupunun Kiçik mütəxəssisi (Analıq məzuniyyəti)
PASHA Bank • Bakı
Təhsil proqramları üzrə satış mütəxəssisi
IB Təhsil Mərkəzi • Bakı
Satış təmsilçisi (Alexander McQueen)
Sinteks Group of Companies • Bakı
B2B Satış Nümayəndəsi
Titan Group • Bakı
Sosial Media Marketinq (SMM) mütəxəssisi
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis
Azerbaijan Energy Regulatory Agency • Bakı