A

Anjeer

Son tarix: 27 Sentyabr 2026

Satış məsləhətçisi

Marketinq və SatışBakıTam Ştat27 Avqust 202631

800

Vakansiya haqqında

Anjeer mağazalar şəbəkəsi komandamıza Satıcı vəzifəsinə enerjili, ünsiyyətcil və satış bacarığı olan əməkdaşlar dəvət edir.

Anjeer – premium quru meyvələr, çərəzlər, lokum, şokolad və xüsusi hədiyyə qutuları təqdim edən yerli brenddir.

İş şəraiti

İş yeri: Anjeer mağazaları

İş qrafiki: növbəli iş qrafiki

Əmək müqaviləsi ilə rəsmi işə qəbul

Stabil əmək haqqı

Satış nəticələrinə əsaslanan bonus sistemi

Peşəkar və rahat iş mühiti

Anjeer brendi daxilində inkişaf və karyera imkanları

 

Bizə sadəcə mağazada dayanan satıcı deyil, müştəri ilə düzgün ünsiyyət quran, məhsulu sevərək təqdim edən və satış etməyi bacaran komanda üzvü lazımdır.

 

Əgər ünsiyyətcil, enerjili, məsuliyyətli və satış sahəsində özünü inkişaf etdirmək istəyən birisinizsə, Anjeer komandasında sizi görməkdən məmnun olarıq.

Müraciət etmək üçün CV-nizi göndərin və ya vakansiya üzrə əlaqə saxlayın.

Tələblər:

 

Satış sahəsində iş təcrübəsi arzuolunandır;

Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;

Səlis danışıq və təqdimat qabiliyyəti;

Aktiv, pozitiv və məsuliyyətli olmaq;

Satış nəticəsinə fokuslanmaq;

Komandada işləmək bacarığı;

Xarici görünüşünə və şəxsi gigiyenasına diqqət yetirmək;

Azərbaycan dilində səlis danışmaq;

Rus dilini bilmək üstünlükdür;

18 yaşdan yuxarı namizədlər.

Vəzifə öhdəlikləri:

Mağazaya daxil olan müştəriləri qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək;

 

Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsulları tövsiyə etmək;

Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək;

Aktiv satış həyata keçirmək və satış hədəflərinin yerinə yetirilməsinə çalışmaq;

Hədiyyə qutularının və məhsulların təqdimatını düzgün həyata keçirmək;

Məhsulların vitrinlərdə və rəflərdə düzgün yerləşdirilməsinə nəzarət etmək;

Mağazada səliqə və nizam-intizamı qorumaq;

Kassa əməliyyatlarını düzgün həyata keçirmək;

Gün ərzində satış və məhsul qalığı ilə bağlı məlumatları rəhbərliyə təqdim etmək;

Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək.

Oxşar vakansiyalar