Holcim (Azərbaycan) ASC
Satış Məsləhətçisi - Holcim (Azərbaycan) ASC (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə: Satış Məsləhətçisi
Şöbə: Kommersiya
İş vaxtı: Tam iş vaxtı
Tələblər:
● Orta-ixtisas və ya ali təhsi
● Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə
● Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları.
● 1C satış proqramı ilə işləmək bacarığı
● Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq
Vəzifə öhdəlikləri:
● Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və tikinti/təmir
materiallarının seçilməsində peşəkar məsləhət vermək.
● Müştəriyə materialların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyatı (məsələn, 1 kv.m-ə nə qədər
boya və ya kafel yapışdırıcısı gedir) və istehsalçı ölkəsi barədə dəqiq məlumat vermək.
● Müəyyən olunmuş fərdi aylıq satış planını yerinə yetirmək. Mağazaya daxil olan ziyarətçilərin
alıcıya çevrilməsi (Conversion Rate) göstəricisini artırmaq, müştərilər üçün tikinti smetalarını
hesablamaq.
● Əsas alınan məhsulun yanında tamamlayıcı materialları (məsələn: sement ilə birlikdə qum,
plastikləşdirici, alət, bərkitmə vasitələri) təklif edərək orta çeki və çəkdəki SKU sayını böyütmək.
● Malları vitrinlərə və rəflərə səliqəli, estetika, daxili standartlara və planoqramaya uyğun şəkildə
düzmək.
● Rəflərdəki bütün malların üzərində qiymət kağızlarının (qiymət etiketlərinin / price tags) düzgün,
görünən və 100% aktual olmasına nəzarət etmək.
● Mağazaya yeni gələn tikinti materiallarının qəbulunda, sayılmasında və rəflərə yerləşdirilməsində
iştirak etmək (fəhləyə və administratora köməklik göstərmək).
● Malın son istifadə tarixinə (məsələn: sement, quru qarışıqlar, mastika və boyalar üçün FEFO
prinsipi üzrə) nəzarət etmək.
● Azalan və ya bitən məhsullar barədə mağaza rəhbərliyinə (və ya təchizat bölməsinə) vaxtında
məlumat vermək.
● Satış zalının, rəflərin və malların üzərinin daima təmiz (tozsuz) və nizamlı qalmasını təmin etmək.
Oxşar vakansiyalar
Satış və Əməliyyat üzrə Mütəxəssis (Hava Limanı)
Otokoc Azerbaijan • Bakı
Satış məsləhətçisi - Kassir (Bakı filialı) / Olivia
Kontakt Home • Bakı
Satış kanalları üzrə assistent
PASHA Insurance • Bakı
Marketing üzrə Koordinator
Azera Holding • Bakı
B2B satış üzrə əməkdaş (Part time)
Luca Polare • Bakı
Kassir
QAYA MARKET • Bakı