O

OBA marketlər şəbəkəsi

Son tarix: 19 Noyabr 2026

Satışa Dəstək bölmə müdiri - OBA marketlər şəbəkəsi (Bakı)

Marketinq və SatışBakıTam Ştat19 Oktyabr 202667

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək;
  • Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;
  • Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək;
  • Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
  • Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək;
  • Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək;
  • Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
  • Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
  • Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
  • Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;
  • Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək;
  • Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək.

İş qrafiki:

  • 5 günlük
  • 09:00-18:00

Tələblər

Təhsil:

  • Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.

Təcrübə:

  • Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi;
  • İdarəetmə sahəsində təcrübə.

Peşəkar bilik və bacarıqlar:

  • CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər;
  • Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı;
  • Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər;
  • Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə.

Şəxsi keyfiyyətlər:

  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Karyera yüksəlişi
  • Servis ximdəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar