I
Iktex
Şəbəkə inzibatçılığı üzrə Mütəxəssis (Network Administrator Middle)
Müsahibə əsasında
Vakansiya haqqında
Departament: İT Departamenti
İstiqamət (Chapter): Sistem İnzibatçılığı
Birbaşa rəhbər: Sistem İnzibatçılığı üzrə funksional sahə rəhbəri
Vəzifənin Məqsədi
- Şirkətin şəbəkə infrastrukturunun təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, şəbəkə avadanlıqlarının inzibatçılığını müstəqil şəkildə həyata keçirmək, şəbəkənin optimallaşdırılması və inkişafı üzrə texniki həllərin tətbiqində iştirak etmək.
Vəzifə Öhdəlikləri
- Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını həyata keçirmək;
- Switch, Router, Firewall, Wireless Access Point və digər şəbəkə avadanlıqlarını idarə etmək;
- Routing və Switching konfiqurasiyalarını hazırlamaq və optimallaşdırmaq;
- VLAN, DHCP, DNS, NAT və digər şəbəkə xidmətlərinin idarə olunmasını təmin etmək;
- VPN həllərinin qurulması, konfiqurasiyası və texniki dəstəyini təmin etmək;
- Firewall siyasətlərinin hazırlanmasında, tətbiqində və optimallaşdırılmasında iştirak etmək;
- Şəbəkə monitorinq sistemlərini idarə etmək, yaranan problemləri analiz etmək və aradan qaldırmaq;
- Şəbəkə avadanlıqlarının ehtiyat nüsxələrinin hazırlanmasını və bərpasını təmin etmək;
- Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsini planlaşdırmaq və həyata keçirmək;
- Şəbəkə performansını analiz etmək və optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
- Root Cause Analysis (RCA) aparmaq və təkrarlanan problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
- Şəbəkə sxemlərini və texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
- Junior əməkdaşlara texniki dəstək və mentorluq göstərmək;
- Layihələrdə şəbəkə üzrə əsas texniki icraçı kimi iştirak etmək;
- Yeni şəbəkə texnologiyalarını araşdırmaq və tətbiqi üzrə təkliflər hazırlamaq;
- Dəyişiklikləri müəyyən edilmiş Change Management prosedurlarına uyğun planlaşdırmaq və həyata keçirmək.
Texniki Tələblər
- TCP/IP, OSI modeli və əsas şəbəkə protokolları üzrə yaxşı biliklər;
- Routing və Switching texnologiyaları üzrə praktiki biliklər;
- VLAN, STP, DHCP, DNS, NAT və ACL texnologiyaları üzrə biliklər;
- Firewall və VPN texnologiyaları üzrə praktiki biliklər;
- Wireless şəbəkələrinin qurulması və idarə olunması üzrə biliklər;
- Linux və Windows Server əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri;
- Şəbəkə monitorinqi və performans analizinin aparılması üzrə biliklər;
- Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi və konfiqurasiyasının ehtiyat nüsxələrinin idarə olunması üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər.
Səlahiyyətlər
- Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını müstəqil şəkildə həyata keçirmək;
- Routing, Switching, VPN və Firewall konfiqurasiyalarını hazırlamaq və dəyişikliklər etmək;
- Şəbəkə monitorinq sistemlərini idarə etmək və optimallaşdırmaq;
- Şəbəkə problemlərini araşdırmaq və həll etmək;
- Texniki sənədləri hazırlamaq və yeniləmək;
- Junior əməkdaşlara texniki dəstək göstərmək;
- Şəbəkə infrastrukturunun inkişafı və optimallaşdırılması üzrə təkliflər vermək.
Məsuliyyətlər
- Şəbəkə infrastrukturunun fasiləsiz, təhlükəsiz və stabil fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşımaq;
- Şəbəkədə həyata keçirilən dəyişikliklərin düzgünlüyünə və təhlükəsizliyinə görə məsuliyyət daşımaq;
- Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının və ehtiyat nüsxələrinin düzgün idarə olunmasına görə məsuliyyət daşımaq;
- Şəbəkə performansının monitorinqi və problemlərin vaxtında aradan qaldırılmasına görə məsuliyyət daşımaq;
- İnformasiya təhlükəsizliyi siyasətlərinə, daxili normativ sənədlərə və standart əməliyyat prosedurlarına riayət etmək;
- Texniki sənədlərin aktuallığını təmin etmək;
- Junior əməkdaşlara göstərilən texniki dəstəyin keyfiyyətinə görə məsuliyyət daşımaq;
- Öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək.
Şəxsi Keyfiyyət / Davranış
- Analitik düşünmə və problemləri sistemli şəkildə həll etmə bacarığı;
- Yüksək məsuliyyət hissi və intizamlı yanaşma;
- Komandada işləmək və bilik paylaşmaq bacarığı;
- Təşəbbüskarlıq və nəticəyönümlülük;
- Detallara diqqətli yanaşmaq;
- Stress şəraitində operativ qərar qəbul etmək bacarığı;
- Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə açıq olmaq;
- Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
- Effektiv yazılı və şifahi ünsiyyət bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
I
Bugün
Şəbəkə inzibatçılığı üzrə Baş Mütəxəssis (Network Administrator Senior)
Iktex • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
BI & SQL Reporting Specialist (Lead)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
İnformasiya Təhlükəsizliyi Departamentinə Mütəxəssis (Pentester)
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
28 Avqust 2026
1C ERP Proqramçı
Air Group • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
A
28 Avqust 2026
1C üzrə proqramçı
Air Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
28 Avqust 2026
SAP Maliyyə (FI/CO/AA/FM) Modulları üzrə Mütəxəssis / Aparıcı mütəxəssis
Baku Steel Company CJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et