B

Baku Steel Company CJSC

Son tarix: 28 Sentyabr 2026

SAP Maliyyə (FI/CO/AA/FM) Modulları üzrə Mütəxəssis / Aparıcı mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat28 Avqust 202672

Müsahibə əsasında

Vakansiya haqqında

İşin qısa təsviri

  • SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası, test edilməsi, dəstəklənməsi və optimallaşdırılması proseslərini həyata keçirmək, biznes tələblərinin SAP həllərinə uyğunlaşdırılmasını təmin etmək.

Vəzifə öhdəlikləri

  • SAP FI, CO, AA və FM modullarının konfiqurasiyası, dəstəklənməsi və təkmilləşdirilməsini həyata keçirmək;
  • Biznes tələblərini toplamaq, təhlil etmək və uyğun SAP həllərinin hazırlanmasında iştirak etmək;
  • Maliyyə proseslərini təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
  • SAP üzrə dəyişikliklərin və inteqrasiyaların test edilməsini, o cümlədən UAT proseslərini həyata keçirmək;
  • Maliyyə proseslərinin digər funksional sahələrlə inteqrasiyasına dəstək göstərmək;
  • Dövr içi və dövr sonu proseslərində maliyyə komandasına SAP üzrə dəstək vermək;
  • Xarici SAP konsultantları, biznes və İT komandaları ilə koordinasiyalı işləmək;
  • İstifadəçilər üçün təlimlər keçirmək və müvafiq sənədləri hazırlamaq.

Tələblər

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnformatika, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
  • SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası və dəstəyi üzrə minimum 2-4 il praktiki təcrübə;
  • SAP maliyyə modullarının konfiqurasiyası, inteqrasiyası və təkmilləşdirilməsi üzrə bilik;
  • Maliyyə uçotu, xərclərin idarə edilməsi və büdcələmə prosesləri üzrə bilik;
  • İngilis dili biliyi; rus dili biliyi üstünlükdür;
  • Agile/Scrum metodologiyaları və Jira, SAP Solution Manager kimi alətlərlə iş təcrübəsi arzuolunandır;
  • Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları.

Üstünlükdür

  • Müvafiq SAP sertifikatlarının olması;
  • SAP tətbiqi və transformasiya layihələrində iştirak təcrübəsi;
  • ABAP, Java və ya Python üzrə bilik.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar