Metal Trade MMC
Sənayə avadanlıqları üzrə mexanika mühəndisi/Baş Mexanik
Müsahibə əsasında
Vakansiya haqqında
- Metal istehsalı müəssisəsinə zavodda fəaliyyət göstərən bütün istehsal xətlərinin, dəzgahların, körpülü kranların, qaldırıcı mexanizmlərin və köməkçi avadanlıqların mexaniki vəziyyətinə cavabdeh olacaq, uzunillik praktiki təcrübəyə malik peşəkar mexanika mühəndisi tələb olunur
- Bizə yalnız nəzəri biliklərə malik və ofis şəraitində çalışan mühəndis deyil, istehsalat avadanlıqlarını yerində yoxlayan, mexaniki nasazlığın əsas səbəbini müəyyənləşdirən, texniki həll hazırlayan və təmir prosesini nəticəyədək idarə edən mütəxəssis lazımdır
- İş rejimi: Daimi iş
- Əməkhaqqı: Namizədin bilik, təcrübə və peşəkar səviyyəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək
- Yalnız istehsal müəssisələrində real praktiki təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. Müraciət zamanı ali təhsili, ümumi iş təcrübəsi, əvvəl işlədiyi müəssisələr, cavabdeh olduğu avadanlıqlar və həyata keçirdiyi əsas təmir və modernizasiya işləri barədə ətraflı məlumat təqdim edilməlidir.
- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62
Tələblər:
- Mexanika mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil
- Sənaye müəssisələrində mexanika mühəndisi və ya baş mexanik kimi uzunillik real iş təcrübəsi
- Ağır sənaye avadanlıqları və istehsal xətləri ilə praktiki iş təcrübəsi
- Mexaniki ötürmələr, reduktorlar, vallar, podşipniklər, dişli və zəncir mexanizmləri üzrə dərin bilik
-Hidravlik və pnevmatik sistemlərin iş prinsipini, diaqnostikasını və təmirini bilməsi
- Mexaniki nasazlıqları sistemli diaqnostika yolu ilə müəyyənləşdirmək bacarığı
- Texniki çertyojları, yığım sxemlərini və avadanlıq sənədlərini sərbəst oxumaq bacarığı
- Ölçü alətlərindən peşəkar istifadə bacarığı
- Detaldan düzgün ölçü götürmək, eskiz və texniki tapşırıq hazırlamaq bacarığı
- Tokar, frez, qaynaq və mexaniki emal prosesləri haqqında praktiki bilik
- Avadanlıqların sökülməsi, yığılması, mərkəzlənməsi və sazlanması üzrə təcrübə
- Profilaktik texniki xidmət və təmir sistemini təşkil etmək bacarığı
- Ehtiyat hissələrinə olan tələbatı düzgün müəyyənləşdirmək bacarığı
- Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi qaydalarını bilməsi
- Texniki heyətin işini təşkil etmək və nəticəyə nəzarət etmək bacarığı
- Məsuliyyətli, tələbkar, dəqiq və operativ olması
Üstünlük hesab olunur
- Metal istehsalı müəssisəsində iş təcrübəsi
- Boru, profil, metal kəsmə və formavermə xətləri üzrə təcrübə
- Körpülü kranların və qaldırıcı mexanizmlərin mexaniki sistemlərini bilməsi
- Həm köhnə, həm də müasir sənaye avadanlıqlarının təmiri üzrə təcrübə
- AutoCAD, SolidWorks və ya digər texniki layihələndirmə proqramlarında işləmək bacarığı
- Avadanlıqların quraşdırılması, modernləşdirilməsi və istehsalata buraxılmasında iştirak etmiş olması
- Təmir xərclərinin və avadanlıq dayanma müddətinin azaldılması üzrə praktiki nəticələrinin olması
Vəzifə öhdəlikləri:
- Zavoddakı bütün istehsal xətlərinin və sənaye avadanlıqlarının mexaniki vəziyyətinə nəzarət etmək
- Boru, profil, metal kəsmə, formavermə və digər istehsal avadanlıqlarına texniki baxış keçirmək
- Körpülü kranların, qaldırıcı mexanizmlərin və köməkçi avadanlıqların mexaniki hissələrini yoxlamaq
- Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyənləşdirmək və əsas səbəbini araşdırmaq
- Reduktor, şpindel, val, podşipnik, dişli çarx, zəncir, mufta, kasnaq, support, hidravlik və pnevmatik sistemləri yoxlamaq
- Boşluq, yeyilmə, vibrasiya, qızma, qeyri-adi səs, yağ sızması və dəqiqlik problemlərinin səbəbini müəyyənləşdirmə
- Nasaz avadanlıqların sökülməsi, təmiri, yığılması, sazlanması və sınaqdan keçirilməsi prosesinə rəhbərlik etmək
- Təmir üsulunu, istifadə ediləcək materialı və ehtiyac olan ehtiyat hissələrini müəyyənləşdirmək
- Hazırlanmalı detallar üçün ölçülər götürmək, eskiz və texniki çertyoj hazırlamaq
- Tokar, frez, qaynaq və digər emal işləri üçün texniki tapşırıqlar hazırlamaq
- Təmir edilmiş və ya hazırlanmış detalların ölçü və keyfiyyətini yoxlamaq
- Avadanlıqların düzgün quraşdırılmasına, mərkəzlənməsinə və sazlanmasına nəzarət etmək
- Planlı profilaktik baxış və texniki xidmət qrafiki hazırlamaq
- Avadanlıqların yağlama nöqtələrini, istifadə olunan yağları və yağlama intervallarını müəyyənləşdirmək
- Sıradan çıxmaq riski olan və aşınmış hissələri nasazlıq baş verməmişdən əvvəl müəyyənləşdirmək
- Daim ehtiyatda saxlanılmalı kritik detalların siyahısını hazırlamaq
- Təmir, texniki xidmət və ehtiyat hissələrinin uçotunu təşkil etmək
- Təkrarlanan nasazlıqları araşdırmaq və onların daimi həlli üçün texniki tədbirlər hazırlamaq
- İstehsalın dayanma müddətinin minimuma endirilməsini təmin etmək
- Slesar, tokar, frezerçi, qaynaqçı və digər texniki işçilərin gördüyü işlərə nəzarət etmək
- Görülən texniki baxış və təmir işlərini sənədləşdirmək
- Avadanlıqların təhlükəsiz, stabil və fasiləsiz işləməsinə cavabdeh olmaq.
Oxşar vakansiyalar
SƏTƏM üzrə mühəndis
Capital Construction MMC • Bakı
İnşaat mühəndisi
Cronos Construction • Bakı
Havalandırma mühəndisi
EGO Tech • Bakı
Sənayə elektriki və elektronika mütəxəssisi
Metal Trade MMC • Bakı
SƏTƏM üzrə mühəndis (Gəncə)
Superfon • Gəncə
İnşaat mühəndisi (Cənub zonası)
OBA marketlər şəbəkəsi • Bakı