M

Metal Trade MMC

Son tarix: 1 Oktyabr 2026

Sənayə elektriki və elektronika mütəxəssisi

MühəndislikBakıTam Ştat1 Sentyabr 202646

Müsahibə əsasında

Vakansiya haqqında

- Metal istehsalı müəssisəsinə zavodun istehsal xətlərinin, dəzgahlarının, körpülü kranlarının və digər sənaye avadanlıqlarının elektrik-elektron sistemlərinə tam cavabdeh olacaq, uzunillik praktiki təcrübəyə malik peşəkar mütəxəssis tələb olunur

- Bu vəzifə məişət elektrik işləri üçün deyil. Namizəd üçfazalı sənaye elektrik sistemlərini, güc və idarəetmə dövrələrini, elektrik mühərriklərini və sənaye avadanlıqlarının elektron idarəetmə elementlərini dərindən bilməlidir

- İş rejimi: Daimi iş
- Əməkhaqqı: Namizədin bilik və praktiki təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək

- Yalnız sənaye müəssisələrində real təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. Müraciət zamanı ümumi iş təcrübəsi, əvvəl işlədiyi müəssisələr, xidmət göstərdiyi avadanlıqlar və bacardığı təmir işləri haqqında ətraflı məlumat təqdim edilməlidir

- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62

Tələblər:

- Sənaye elektrikası və istehsal avadanlıqlarının təmiri üzrə uzunillik real iş təcrübəsi
- 380/400 V üçfazalı elektrik sistemləri ilə sərbəst işləmək bacarığı
- Ağır sənaye avadanlıqları və istehsal xətləri üzrə praktiki təcrübə
- Güc elektrikası və idarəetmə elektrikası üzrə yüksək səviyyəli bilik
- Üçfazalı mühərriklərin qoşulması, qorunması, diaqnostikası və təmiri üzrə təcrübə
- Elektrik və idarəetmə sxemlərini sərbəst oxumaq bacarığı
- İnvertor, kontaktor-rele sistemləri, sensorlar və sənaye idarəetmə avadanlıqları ilə işləmək bacarığı
- Multimetr, meqommetr, cərəyanölçən kəlbətin və faza ardıcıllığını yoxlayan cihazlarla peşəkar işləmək bacarığı
- Nasazlığın səbəbini ölçmə və sistemli diaqnostika yolu ilə müəyyənləşdirmək bacarığı
- Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarını bilməsi
 Məsuliyyətli, intizamlı və operativ olması.

Üstünlük hesab olunur

- Metal istehsalı müəssisəsində iş təcrübəsi
- Körpülü kranların və qaldırıcı avadanlıqların elektrik sistemləri üzrə təcrübə
- Həm köhnə, həm də müasir sənaye avadanlıqlarını təmir etmək bacarığı
- PLC və sənaye avtomatlaşdırması üzrə praktiki bilik
- Elektron plataların və idarəetmə modullarının diaqnostikası üzrə təcrübə
- İstehsal xətlərinin quraşdırılması, sazlanması və işə buraxılmasında iştirak etmiş olmaq.

Vəzifə öhdəlikləri:

- İstehsal xətlərinin, dəzgahların, körpülü kranların və köməkçi avadanlıqların elektrik-elektron sistemlərinə nəzarət etmək
- 380/400 V üçfazalı güc şəbəkələrində və idarəetmə dövrələrində yaranan nasazlıqları müəyyənləşdirmək
- Elektrik mühərriklərini, idarəetmə şitlərini, kontaktorları, releləri, avtomatları, transformatorları və qoruyucu sistemləri yoxlamaq və təmir etmək
- Faza itkisi, faza ardıcıllığı, fazalar üzrə yük balanssızlığı, gərginlik dəyişməsi, qısaqapanma, artıq yüklənmə və mühərrik qızmasının səbəbini müəyyənləşdirmək
- Üçfazalı mühərriklərin birbaşa və “ulduz–üçbucaq” işəsalma sxemlərini yoxlamaq, qurmaq və təmir etmək
- İnvertor, tezlik çeviricisi, sürücü, sensor, enkoder, limit açarı və idarəetmə modullarının diaqnostikasını aparmaq
- PLC və avtomatlaşdırılmış idarəetmə sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək
- Elektrik və idarəetmə sxemlərini oxumaq, sxem mövcud olmadıqda bağlantıları yerində araşdırmaq
- Kabellərin, klemmaların, elektrik şitlərinin, torpaqlama və izolyasiya sistemlərinin vəziyyətini yoxlamaq
- Avadanlıqlara planlı profilaktik baxış keçirmək və texniki xidmət qrafiki hazırlamaq
- Sıradan çıxmaq riski olan hissələri əvvəlcədən müəyyənləşdirmək
- Təmir edilməli, dəyişdirilməli və ehtiyatda saxlanılmalı elektrik-elektron hissələrin siyahısını hazırlamaq
- Görülmüş baxış və təmir işlərini sənədləşdirmək
- Qəza və istehsal dayanması zamanı nasazlığa operativ müdaxilə etmək
- Avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək.

Oxşar vakansiyalar