G

GESCO ASC

Son tarix: 26 Sentyabr 2026

Sənədləşmə üzrə mütəxəssis

HüquqBakıTam Ştat27 Avqust 2026297

700

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Əmək Müfəttişliyi və digər dövlət qurumlarından daxil olan məktub, sorğu, bildiriş və digər sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Bölmə tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara göndərilən məktub və sənədlərin hazırlanması, qeydiyyatının aparılması;
  • Daxil olan sorğuların icra müddətlərinin izlənilməsi, tələb olunan sənəd və məlumatların toplanması və cavab məktublarının vaxtında hazırlanmasının təmin edilməsi;
  • Sənədlərin elektron və kağız formada sistemləşdirilməsi və arxivləşdirilməsi;
  • Əmək Müfəttişliyi tərəfindən verilmiş göstəriş, tələb və tövsiyələrin qeydiyyata alınması və icra vəziyyətinin izlənilməsi;
  • Rəhbərliyə icrada olan, gecikmiş və tamamlanmış sənədlər barədə hesabatların hazırlanması;
  • Yoxlama və auditlər zamanı tələb olunan sənədlərin toplanması və təqdim edilməsinə dəstək;
  • Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş qaydalara uyğun saxlanılmasının təmin edilməsi;
  • Bölmənin sənəd dövriyyəsi üzrə elektron reyestrlərin və icra cədvəllərinin aparılması.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Sənədləşmə, kargüzarlıq, sənəd dövriyyəsi və ya aidiyyəti sahədə ən azı 1–2 il iş təcrübəsi;
  • Rəsmi məktubların və cavab məktublarının hazırlanması bacarığı;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların aparılması barədə anlayış;
  • Əmək qanunvericiliyi və əməyin mühafizəsi sahəsində ümumi məlumatlılıq;
  • MS Office, xüsusilə Word və Excel proqramlarını yaxşı bilməsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq;
  • Məsuliyyətli, diqqətli və operativ olması;

Üstünlükdür: Əmək Müfəttişliyi, Dövlət Əmək Müfəttişliyi və ya digər dövlət qurumları ilə yazışmalar və sənəd dövriyyəsi üzrə iş təcrübəsi.

İş barədə məlumat

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I–V günlər, 09:00–18:00;
  • Nahar fasiləsi: 13:00–14:00;
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 5-ci bina

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi / Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar