700 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasını və tətbiqini təmin etmək;
- Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək;
- SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət etmək;
- Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- İşçilərin əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək;
- Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
- Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
- Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək;
- İstifadəsində olan material və inventarlardan düzgün istifadə etmək və onların qorunmasını təmin etmək.
Namizədə tələblər
- Yaş: 30 – 45;
- SƏTƏM sahəsində təcrübə 3-5 il;
- Kompüter bilikləri;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və ünsiyyət bacarığı.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – 700 manat
- İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi ” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
C
Bugün
Sahə mühəndisi
Capital Construction MMC • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
A
Bugün
Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis
Avrora • Abşeron
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Mühəndis elektrik
STDC • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
A
14 Avqust 2026
Elektrik mühəndisi
Almep Engineering Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
13 Avqust 2026
Əməyin mühafizəsi üzrə mühəndis
PASHA Life • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
13 Avqust 2026
Mexanika mühəndisi
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et