N

Norm OJSC

Son tarix: 31 Oktyabr 2026

SƏTƏM Nəzarətçisi - Norm OJSC (Bakı, 2026)

İnzibati İşlərBakıTam Ştat22 Oktyabr 202668

Müsahibə əsasında

Vakansiya haqqında

Hazırda şirkətimizə SƏTƏM Nəzarətçisi tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Texniki sahə üzrə ali təhsil.
  • Sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində ən azı 5 il iş təcrübəsi; sənaye müəssisələrində və komanda idarəetməsi təcrübəsinin olması üstünlükdür.
  • Azərbaycanın əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qanunvericiliyi, həmçinin ISO 45001 standartı üzrə biliklər.
  • Risklərin qiymətləndirilməsi, PTW, LOTO, hadisələrin təhqiqatı və kök səbəb təhlili üzrə biliklər.
  • Fövqəladə hallara hazırlıq və yanğın təhlükəsizliyi üzrə biliklər; sement istehsalının təhlükəsizlik riskləri üzrə biliklər üstünlükdür.
  • Liderlik, analitik düşünmə, qərarvermə, effektiv ünsiyyət və komanda işi bacarıqları.
  • İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Qanunvericilik, ISO 45001 və korporativ SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirmək, tədbirlərin icrasına nəzarət etmək.
  • SƏTƏM komandasının işini planlaşdırmaq, tapşırıqları koordinasiya etmək və komanda üzvlərinin inkişafını dəstəkləmək.
  • SƏTƏM siyasəti, prosedur və təlimatlarının hazırlanmasını koordinasiya etmək, məqsəd və hədəflərin müəyyən edilməsində iştirak etmək.
  • Planlı və növbədənkənar SƏTƏM yoxlamalarını təşkil etmək, uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
  • Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsini koordinasiya etmək, nəzarət tədbirlərinin effektivliyini qiymətləndirmək.
  • Yüksək riskli işlərin (hündürlükdə, qapalı sahələrdə, isti işlər, yükqaldırma, elektrik işləri) PTW və LOTO tələblərinə uyğun aparılmasına nəzarət etmək.
  • İşçilər, podratçılar və ziyarətçilər üçün SƏTƏM təlimləri və maarifləndirmə tədbirləri təşkil etmək.
  • Bədbəxt hadisə, xəsarət və az-qala hadisələrin araşdırılmasını koordinasiya etmək, düzəldici tədbirlərin icrasına nəzarət etmək.
  • Podratçıların SƏTƏM göstəricilərini izləmək və müqavilə öhdəliklərinə uyğunluğunu qiymətləndirmək.
  • Yanğın təhlükəsizliyi tələblərinə və yanğından mühafizə sistemlərinin yoxlanılmasına nəzarət etmək.
  • Fövqəladə hallara hazırlıq, təxliyə planları və təlim-məşqlərin təşkilini koordinasiya etmək.
  • Törəmə müəssisələrdə korporativ SƏTƏM tələblərinin tətbiqini koordinasiya etmək, məsul şəxslərə metodiki dəstək göstərmək.
  • Daxili və xarici auditlərə, dövlət yoxlamalarına hazırlığı koordinasiya etmək.
  • SƏTƏM üzrə əsas performans göstəricilərini,yoxlama nəticələrini təhlil etmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək.
  • Təhlükəsizlik mədəniyyətinin inkişafını və işçilərin SƏTƏM məsələlərində iştirakını təşviq etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar