T
TAİS İKF
Steward (Təmizlik işçisi) - TAİS İKF (Bakı, 2026)
700 ₼
Vakansiya haqqında
Satış obyektlərimizə məsuliyyətli və çevik bəy namizəd Steward (Təmizlik işçisi) axtarırıq
Vəzifə öhdəlikləri:
- Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək
- Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək
- Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək
- Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək
- Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək
- Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək
- Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq
- Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək
- Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək
- Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək
- Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək
Namizədə tələblər:
- Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
- İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq
- Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- Əmək haqqı: 700-800 AZN (nett)
- İş yeri: TAİS – İKF MMC
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Steward (Təmizlik işçisi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
V
Bugün
Xadimə
VİVA alış veriş mərkəzi • Bakı
Tam Ştat
500 ₼Müraciət et
T
Bugün
Xadimə
TAİS İKF • Bakı
Tam Ştat
500 ₼Müraciət et
H
Bugün
Kamera Müşahidə Operatoru
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
SƏTƏM Nəzarətçisi
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Ölçü kontrolu üzrə inspektor
Poladİs MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Müdir köməkçisi
RSİR GROUP • Bakı
Tam Ştat
1000 ₼Müraciət et