A

Az-Caspian Construction

Son tarix: 22 İyun 2026

SƏTƏM üzrə mütəxəssis

MühəndislikBakıTam Ştat22 May 2026103

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etməlidir.
  • Yeni işə qəbul olunanlara,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • İşçilərə təhlükəsizilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirməsinə nəzarət etmək
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Ali texniki təhsilinin olması;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Sətəm üzrə tələb olunan uyğun sertifikatların olması; 
  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
  • Ms Office(Outlook, Word, Excel Aconex) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan, rus dilində qismən; 
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.

Əlavə məlumatlar:

  • İş rejimi: 6 gün.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
  • İş yeri: Qarabağ

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “SƏTƏM üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65 

Oxşar vakansiyalar