Minvolt MMC
Səyyar texniki xidmət mütəxəssisi (şəxsi avtomobil ilə)
800 ₼
Vakansiya haqqında
Şirkət: “MinVolt” MMC
Əməkhaqqı: 800 – 1500 AZN (Sabit maaş + bonus sistemi)
İş qrafiki: Tam iş günü
"MinVolt" MMC — şəhər logistikası və elektrikli mikromobillik sahəsində fəaliyyət göstərən innovativ texnologiya şirkətidir. Komandamıza şəhər daxilində batareya stansiyalarına (şkaflara) xidmət göstərəcək və avadanlıqların işləkliyini təmin edəcək Səyyar texniki xidmət mütəxəssisi axtarırıq!
Biz nə təklif edirik?
Yanacaq xərcləri tam olaraq şirkət tərəfindən qarşılanır.
Avtomobilin amortizasiya xərcləri ödənilir.
Rəsmi əmək müqaviləsi və stabil gəlir.
Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini (və ya özləri barədə qısa məlumatı və avtomobilin modelini) aşağıdakı əlaqə vasitələrinə göndərə bilərlər:
E-poçt: [email protected]
Tələblər:
Şəxsi avtomobilin olması mütləqdir (Minivan və ya kiçik yükdaşıma üçün uyğun olan avtomobil, məsələn: Fiat Doblo, Ford Transit Courier və s. – avtomobilə ən azı 2-3 elektrikli velosiped sərbəst yerləşməlidir).
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və şəhər daxilində yaxşı naviqasiya bacarığı.
Məsuliyyətli, diqqətli və operativ olmaq.
Texniki avadanlıqlarla işləməyə meyllilik (əlavə üstünlükdür).
Vəzifə öhdəlikləri:
Şəhər üzrə MinVolt enerji şkaflarına (batareya stansiyalarına) mütəmadi baxış keçirmək.
Ehtiyac yarandıqda şkaflardakı batareyaları yeniləri ilə əvəz etmək.
Stansiyaların, təhlükəsizlik kameralarının və avadanlıqların düzgün işləməsinə nəzarət etmək.
Zərurət yarandıqda nasaz elektrikli velosipedləri avtomobilə yükləyərək təmir/diaqnostika üçün şirkətin servis mərkəzinə çatdırmaq.
Oxşar vakansiyalar
SƏTƏM üzrə mütəxəssis
Grand Logistics Center • Bakı
Специалист по работе с клиентами
Empire by Asthetik Lab • Bakı
Təmir şöbəsinin operatoru
AZ Logistika and Management Services • Bakı
Texniki mühəndis
Azinvest İnşaat • Bakı
Smeta mühəndisi
Azinvest İnşaat • Bakı
Elektrik qaynaqçısı
ATEF Şirkətlər Qrupu • Bakı