T
TAİS İKF
Sistem İnzibatçısı (System Administrator) - TAİS İKF (Bakı)
Müsahibə əsasında
Vakansiya haqqında
“TAİS İKF” MMC Komandamıza təcrübəli “Sistem İnzibatçısı (System Administrator)” axtarırıq
Vəzifə öhdəlikləri:
- Windows Server və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası və administrasiyası
- Active Directory, DNS, DHCP, Group Policy, RDS, DFS və fayl serverlərinin idarə edilməsi
- Virtualizasiya mühitinin, virtual maşınların və məlumat saxlama sistemlərinin administrasiyası
- LAN, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə avadanlıqlarının idarə edilməsi
- Backup sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və məlumatların bərpası əməliyyatlarının icrası
- Server, şəbəkə və endpoint təhlükəsizlik tədbirlərinin texniki tətbiqi
- IP PBX/VoIP telefoniya sistemlərinin administrasiyası, daxili nömrələrin, SIP bağlantılarının və zəng marşrutlarının konfiqurasiyası
- CCTV, IP kameralar, NVR və videoarxiv sistemlərinin konfiqurasiyası, administrasiyası və texniki dəstəklənməsi
- Serverlərin, şəbəkə xidmətlərinin və virtualizasiya resurslarının monitorinqi və optimallaşdırılması
- İstifadəçi hesablarının, təhlükəsizlik qruplarının və giriş hüquqlarının idarə olunması
- Kritik texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması
- IT Support tərəfindən eskalasiya edilmiş mürəkkəb texniki problemlərin həlli
- İT layihələrinin hazırlanmasında, yeni sistemlərin quraşdırılması, inteqrasiyası, sınağı və tətbiqində texniki iştirak
- Skriptlər, avtomatlaşdırma və DevOps alətlərindən istifadə etməklə texniki proseslərin optimallaşdırılması
- İT infrastrukturuna dair texniki sənədləşdirmənin aparılması və aktuallığının təmin olunması
Namizədə tələblər:
- İnformasiya texnologiyaları və ya müvafiq texniki sahədə təhsil
- Sistem inzibatçılığı üzrə minimum 3 il praktiki iş təcrübəsi
- Windows Server 2019/2022/2025 üzrə praktiki administrasiya bacarıqları
- Active Directory, DNS, DHCP, GPO, NTFS, DFS və RDS üzrə biliklər
- Linux (Ubuntu/Debian) sistemlərinin administrasiyası üzrə biliklər
- Virtualizasiya texnologiyaları (Proxmox VE, VMware və ya Hyper-V) üzrə praktiki təcrübə
- TCP/IP, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə təhlükəsizliyi üzrə praktiki biliklər
- Backup, Disaster Recovery, RAID və məlumat saxlama sistemləri üzrə biliklər
- IP PBX, SIP, VoIP, SIP Trunk və IP telefonların konfiqurasiyası üzrə praktiki bacarıqlar
- CCTV, IP kamera, NVR, PoE, ONVIF və videoarxiv sistemləri üzrə praktiki bacarıqlar
- Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, texniki diaqnostika, skript hazırlanması və İT proseslərinin avtomatlaşdırılmasında tətbiq etmək bacarığı
- Docker, Git, Linux və Bash/PowerShell skriptləri üzrə bilik və bacarıqlar
- Server avadanlıqları, RAID və aparat səviyyəsində texniki nasazlıqların diaqnostikası üzrə biliklər
- İT sənədləşməsi, şəbəkə və server konfiqurasiyalarının, prosedurların və dəyişikliklərin sənədləşdirilməsi bacarığı
- Texniki problemləri müstəqil təhlil etmək və həll etmək bacarığı
Dil bilikləri:
- Azərbaycan dili: Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət
- Rus dili: Texniki ünsiyyət bacarığı arzuolunandır
- İngilis dili: Texniki sənədləri oxuyub anlamaq bacarığı
Üstünlük veriləcək:
- Virtual mühitlər üzrə praktiki təcrübə
- Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə avadanlıqlarının administrasiyası üzrə təcrübə
- Fortinet FortiGate Firewall, NAT, IPsec/SSL VPN və təhlükəsizlik siyasətlərinin konfiqurasiyası üzrə təcrübə
- HPE ProLiant və Dell PowerEdge serverləri, RAID, iLO/iDRAC üzrə praktiki biliklər
- Kaspersky Security Center sistemlərinin administrasiyası üzrə təcrübə
- Grandstream, 3CX və Yealink IP telefoniya sistemləri üzrə təcrübə
- Dahua və Hikvision CCTV, NVR və mərkəzləşdirilmiş videomüşahidə həlləri üzrə təcrübə
- DevOps: CI/CD, Docker Compose və sistem konfiqurasiyalarının avtomatlaşdırılması üzrə təcrübə
- Microsoft SQL Server infrastrukturu, DFS və RDS üzrə əlavə təcrübə
- Microsoft, Linux, şəbəkə və informasiya təhlükəsizliyi üzrə sertifikatlar
- Çoxfiliallı korporativ İT infrastrukturu ilə iş təcrübəsi
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- İş saatı: 09:00 – 17:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sistem İnzibatçısı (System Administrator)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
T
Bugün
İT Menecer (IT Manager)
TAİS İKF • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Aparıcı IT Biznes Analitik
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Senior React Developer
Clopos • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
21 Oktyabr 2026
IT üzrə kiçik mütəxəssis
Group Motors • Sumqayıt
Təcrübə
700 ₼Müraciət et
A
21 Oktyabr 2026
Sistem and Network Administrator
Azza Gastronom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
21 Oktyabr 2026
Aparıcı L2 Texniki Dəstək Mütəxəssisi
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et