T

TuranBank ASC

Son tarix: 13 Avqust 2026

Sistem Keyfiyyətinə Nəzarət və Sınaqlar bölməsi üzrə mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat13 İyul 202654

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr

  • Biznes və funksional tələblərin öyrənmək və tələblərə uyğun testlər aparmaq;
  • Test planlarının, test ssenarilərinin və test keyslərinin hazırlanması;
  • Manual, funksional, inteqrasiya, regresiya və UAT testlərinin icra edilməsi;
  • Aşkar edilmiş xətaların qeydiyyatı, prioritetləşdirilməsi və izlənilməsi;
  • Mobil, veb tətbiqlərin və daxili sistemlərin test edilməsi;
  • API testlərinin həyata keçirilməsi;
  • Biznes analitiklər, proqramçılar və məhsul sahibləri ilə sıx əməkdaşlıq;
  • Test nəticələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması;
  • Keyfiyyət standartlarının və test metodologiyalarının tətbiqi.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil üstünlükdür;
  • QA Engineer və ya QA tester kimi minimum 1 il iş təcrübəsi;
  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi üstünlükdür.
  • ISTQB Foundation Level sertifikatı və yaxud bu sahə üzrə beynəlxalq sertfikatın olması üstünlükdür;
  • Avtomatlaşdırılmış testlər üzrə ilkin biliklər (Selenium, Cypress və s.) olması üstünlükdür;
  • Bank məhsulları və ya ödəniş sistemləri üzrə təcrübənin olması üstünlükdür;

Texniki biliklər

  • SDLC və STLC prosesləri üzrə biliklər;
  • Test case və bug report hazırlanması təcrübəsi;
  • Jira, Confluence və ya oxşar alətlərlə işləmək bacarığı;
  • REST API və Postman üzrə biliklər;
  • SQL sorğularının yazılması üzrə baza biliklər;
  • Mobil, veb tətbiqlərin və daxili sistemlərina test edilməsi təcrübəsi;
  • Agile/Scrum metodologiyası üzrə iş təcrübəsi.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə qabiliyyəti;
  • Detallara diqqətlilik;
  • Problem həll etmə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

Oxşar vakansiyalar