A
Az-Caspian Construction
Smeta mühəndisi
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
- Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək;
- Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq;
- Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq;
- Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
- Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq;
- Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq;
- Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək;
- Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq;
- Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək;
- Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək;
- Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq;
- Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək;
- Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
- Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq;
- Tender və kommersiya təkliflərini hazırlamaq;
- Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq;
- Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək;
- Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq;
- Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək;
- Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;
Namizədə qarşı tələblər
- İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil;
- Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 5–10 il iş təcrübəsi;
- Yaş həddi: 40 yaşadək;
- Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş praktiki təcrübə;
- Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə bacarıq;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Smeta proqramları ilə işləmək bacarığı;
- AutoCAD proqramında işləmək bacarığı;
- Texniki və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq;
- Analitik düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti;
- Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
- Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
İş şəraiti:
- İş rejimi: 6 günlük;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Smeta mühəndisi“ yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65
Oxşar vakansiyalar
L
Bugün
SƏTƏM mütəxəssisi
Libraff • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Fəhlə (anbar)
AZCD Group QSC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
I
Dünən
Plumber – Offshore Construction Vessel
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Cilalayıcı fəhlə (şkurkaçı)
ALLDOORS MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
"
Dünən
Elektrik
"Vəliev" MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
"
Dünən
Qaynaqçı
"Vəliev" MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et