D

Decor Concept

Son tarix: 8 Noyabr 2026

Sosial media marketinq meneceri

Marketinq və SatışBakıTam Ştat8 Oktyabr 202638

600 ₼

Vakansiya haqqında

SOSİAL MEDİA MARKETİNQ MENECERİ

Əmək haqqı: fix 600 + bonus

maraqlanan şəxslər [email protected] və 055 203 34 60 nömrəsinə ‘SMM’ başlığı altında CV və Portfelini göndərə bilər

Tələblər:

* Sosial media marketinqi (SMM) sahəsində ən azı 2 il iş təcrübəsi

* Instagram, Facebook, TikTok və digər sosial media platformaları ilə peşəkar işləmək bacarığı

* Meta Business Suite və Meta Ads Manager ilə işləmə təcrübəsi

* Reels, Stories və digər video formatları üçün kreativ kontent ideyaları hazırlamaq bacarığı

* Məhsul və layihələri vizual və mətn baxımından düzgün təqdim etmək bacarığı

* Azərbaycan dilində səlis və düzgün yazılı nitq; rus və ya ingilis dili bilmək üstünlükdür

* Reklam mətnləri, post başlıqları və kreativ copywriting bacarığı

* Canva, CapCut və ya digər dizayn/video montaj proqramları ilə işləmə bacarığı

* Kreativ düşüncə, estetik zövq və vizual təqdimat bacarığı

* Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı

* Eyni anda şirkətə məxsus bir neçə sosial media hesablarını idarə edə bilmək

* Dekorasiya, interyer, mebel və tikinti materialları sahəsinə marağın olması üstünlükdür

 

Əlavə üstünlüklər:

* Tikinti/dekorasiya və ya pərakəndə satış sektorunda SMM təcrübəsi

* Portfolio təqdim edə bilmək

* Reklam büdcələrinin idarə olunması və nəticələrin optimallaşdırılması üzrə təcrübə

* Influencer və digər reklam əməkdaşlıqlarının təşkili üzrə təcrübə

* Foto/video çəkiliş və montaj bacarığı

Vəzifə öhdəlikləri:

* Reklam kampaniyalarının yaradılması, auditoriyanın düzgün seçilməsi və reklam nəticələrinin analiz edilməsi

* Kontent planının hazırlanması və sosial media səhifələrinin gündəlik idarə olunması

* Şirkətin sosial media hesablarına daxil olan mesaj və rəylərin cavablandırılması

* Foto və video çəkilişlərinin təşkilində və kontentin hazırlanmasında iştirak etmək

* Sosial media statistikasını analiz etmək, nəticələrə əsasən kontent və reklam strategiyasını optimallaşdırmaq

* Trend və yeni sosial media formatlarını izləmək və şirkətin kontentinə tətbiq etmək

* Tapaz və şirkətin rəsmi saytı saytında məhsulların yerləşdirilməsi

Oxşar vakansiyalar