P

Positive Psychology Center

Son tarix: 6 Oktyabr 2026

Sosial Media Marketinq (SMM) mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat27 Avqust 202659

Vakansiya haqqında

VAKANSİYA: SMM MÜTƏXƏSSİSİ

Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına yaradıcı və peşəkar SMM mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

* Mərkəzin sosial media səhifələrinin gündəlik idarə olunması;
* Aylıq kontent planının hazırlanması və həyata keçirilməsi;
* Paylaşımlar üçün yaradıcı və düzgün mətnlərin yazılması;
* Foto, video, Reels və hekayə formatları üzrə kontentin hazırlanması;
* Sosial media reklamlarının planlaşdırılması və idarə olunması;
* İzləyici aktivliyinin artırılması;
* Sosial media göstəricilərinin təhlili və hesabatların hazırlanması.

Namizədə tələblər:

* SMM sahəsində iş təcrübəsi və portfolio;
* Instagram, Facebook, TikTok və Meta Business Suite ilə işləmək bacarığı;
* Canva, CapCut və oxşar proqramlardan istifadə bacarığı;
* Azərbaycan dilində düzgün və yaradıcı yazı qabiliyyəti;
* Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı;
* Psixologiya mövzularını auditoriyaya sadə və maraqlı formada təqdim etmək bacarığı üstünlükdür.

Biz nə təklif edirik?

* Peşəkar və pozitiv iş mühiti;
* Yaradıcılıq və inkişaf imkanları;
* Təlimlərdə iştirak imkanı;
* Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.

Oxşar vakansiyalar